
Elm və təhsil naziri Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

İyulun 9-da elm və təhsil naziri Emin Əmrullayev Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Riza ilə görüşüb.
Görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.