AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Avropanın Ariane 6 adlı ağır raketi uğurlu şəkildə ilk uçuşuna göndərilib

11.07.2024 /
Avropanın Arianespace şirkəti Ariane 6 adlı ağır raketini bugün ilk uçuşuna uğurla göndərib. Bu uçuş missiyası Avropa Kosmik Agentliyi (EKA) üçün çox önəmlidir. Belə ki, o, EKA-ya kosmik uçuşlar mövzusunda müstəqilliyi geri qaytaracaq. İndiyənə kimi isə EKA kosmik uçuşlar mövzusunda ABŞ-ın SpaceX şirkətinə müraciət edirdi. Ariane 6 ağır raketi Fransa Qvianasında yerləşən Kuru adlı kosmodromdan start götürüb. Qeyd etmək lazımdır ki, bu uçuş missiyası Ariane 5 raketinin uçuşundan 1 il sonra yerinə yetirilib. Ariane 5-in istismardan çıxarılmasından sonra Avropa öz peyklərinin fərdi raketi vasitəsilə kosmosa göndərilməsi imkanından məhrum oldu və bu mövzuda SpaceX şirkətinə müraciət etmək məcburiyyətində qaldı.
     
Ariane 6-ya gəldikdə isə onun uçuş prosesi 3 mərhələyə bölünüb. Birinci mərhələ çərçivəsində raket Vulcain 2.1 adlı əsas mühərrik və P120C adlı iki ədəd sürətləndirici blok hesabına kosmosa çatdı. Birinci mərhələ çərçivəsində həmçinin raketin birinci pilləsinin ayrılması və ikinci pilləsinin 300 km-dən 700 km-ə kimi yüksəklikdə elliptik formalı orbitə çıxışı təmin olundu. Raketin ikinci pilləsinin elliptik formalı orbitə çıxışından Vinci adlı mühərrik cavabdeh idi və o, Ariane 6-nın uçuş startından 18 dəqiqə sonra işə düşüb. EKA-nın vermiş olduğu məlumata əsaəsn uçuş missiyasının birinci mərhələsi uğurla yekunlaşıb. İkinci mərhələ çərçivəsində sözügedən raketin unikal özəlliyi test olunacaq. Söhbət, raketin ikinci pilləsinin mühərrikinin təkrar işə salınmasından gedir.
 
EKA mütəxəssislərinin sözlərinə əsasən bu, çox qəliz prosesdir. Belə ki, raket daxilindəki yanacaq mikroqravitasiya vəziyyətində olacaq. Yanacağın yanacaq bakında düzgün vəziyyət alması üçün böyük olmayan köməkçi mühərrikin işə salınması planlaşdırılır. Həmin mühərrik raketə bir qədər sürətlənmə verməli və bunun sayəsində yanacaq bakındakı yanacağın vəziyyəti tarazlaşmalıdır. Bütün bu proseslərdən sonra raketin ikinci pilləsi 580 km yüksəklikdə dairəvi orbitdə olacaq. İkinci mərhələ çərçivəsində raket kosmosa həmçinin 8 ədəd peyki də çıxaracaq. Üçüncü mərhələ isə raketin geri qaytarılmasını əhatə edir.
 
Müəyyən müddətlik fasilədən sonra raketin ikinci pilləsinin mühərriki yenidən işə salınacaq. Bu, raketin orbitdən aşağı endirilməsi prosesinə start verəcək. Nəticədə ikinci pillə atmosferdə yanacaq, onun sahib olduğu iki yanacaq bakı isə Sakit okeanda batacaq. Qeyd etmək lazımdır ki, Ariane 6 ağır raketinin hündürlüyü 63 metr, diametri isə 5.4 metr təşkil edir. Bu raket iki versiyada hazırlanıb. Birinci versiya iki ədəd sürətləndirici bloka sahibdir və onun çəkisi 530 ton təşkil edir. İkinci versiya isə 4 ədəd sürətləndirici bloka sahibdir və onun çəkisi 860 ton təşkil edir. Ariane 6-nın hazırlanmasına ümumilikdə 3.6 milyard avro vəsait sərf edilib.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap