AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır

15.07.2024 /
Reuters saytının, OpenAI şirkətinin daxili sənədinə istinadən vermiş olduğu xəbərə əsasən şirkət yeni süni zəka sistemi üzərində çalışır. Məlumatda qeyd edilib ki, Strawberry kod adını əldə etmiş bu layihə çərçivəsində hazırlanan yeni süni zəka sistemində tamamilə yeni üsuldan istifadə edilir. Belə ki, yeni süni zəka sisteminin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, mülahizə etmək bacarığına sahibdir. Reuters tərəfindən əldə edilmiş şirkət daxili sənədin tarixini təyin etmək mümkün olmayıb. Lakin əldə edilmiş sənəddə şirkətin Strawberry kod adlı yeni süni zəka sistemini tədqiqatlarda necə istifadə edəcəyi barəsində məlumatlar əks olunub.
     
Məlumata əsasən şirkətin yeni süni zəka sistemi hazırlanma mərhələsindədir. Bundan əlavə olaraq onun kütləvi istifadəyə verilməsi üçün nə dərəcədə hazır olduğunu da təyin etmək mümkün olmayıb. Şirkət onu sirr olaraq saxlayır və hətta ona çıxış OpenAI daxilində belə ciddi şəkildə qorunur. Sənəddə Strawberry-nin suallara cavab verə bilməsi ilə yanaşı onun hansısa dərin tədqiqat üçün internetdə süni zəkaya naviqasiya planını tərtib etməsi bacarığından da bəhs edilir. Məlumata əsasən bu layihə üzərində işlər hələ keçən il aparılırdı və həmin vaxtda layihənin adı Q* idi. Sam Altman-ın OpenAI-dakı vəzifəsindən azad edilməsi isə adı qeyd edilmiş süni zəka sisteminin şirkət daxilində işə salınmasından və onun barəsində ilk nəticələrin əldə edilməsindən sonra baş vermişdi.
     
OpenAI şirkətinin iki anonim əməkdaşı Q* layihəsinin imkanlarının şahidi olduqlarını söyləyiblər. Onların sözlərinə əsasən süni zəka sistemi uğurlu şəkildə qəliz elmi suallara cavab verə və riyaziyyat tapşırıqlarının öhdəsindən gələ bilib. Reuters saytı bildirib ki, keçən həftənin çərşənbə günü şirkət daxilində ümumi iclas baş tutub və baş tutmuş iclasda yeni tədqiqat layihəsi sərgilənib. Çox güman ki, söhbət, insan səviyyəsində mülahizə aparmaq bacarığına sahib süni zəka sistemindən gedir. OpenAI şirkətinin anonim əməkdaşı iclasın baş tutduğunu təsdiqləsə də iclas çərçivəsində nəyin sərgilənmiş olduğu barəsində məlumat verməkdən imtina edib.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap