AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər kainatın ən parlaq obyektlərindən birinin formalaşma prosesini müşahidə ediblər

04.09.2024 /
Alimlər mərkəzlərində kvazarların olduqları ən qədim qalaktikalardan ikisini kəşf ediblər. Kəşf edilmiş qalaktikalar kainatın yaşının 1 milyarddan az olduğu müddətdə artıq mövcud olublar. Həmin qalaktikalardan işığın bizə gəlib çatması üçün 12.8 milyard il vaxt lazım olub. Bunun sayəsində alimlər qalaktikaların həmin zamandakı özəlliklərini müşahidə edə biliblər. Ən maraqlısı isə odur ki, aşkar edilmiş iki qədim qalaktika birləşmə prosesindədir və bu prosesin nəticəsində kainatdakı ən parlaq obyektlərdən birinə sahib nəhəng vahid qalaktika formalaşacaq. Bir çox qalaktikanın mərkəzində mövcud olan superkütləli qara dəlik kosmosun ən parlaq obyektlərindən birini formalaşdırır. Söhbət, kvazarlardan gedir.
     
Bəzən kvazarlara sahib qalaktikaların özlərini də kvazar adlandırırlar. Məsələ burasındadır ki, bu kosmik obyektlər o dərəcədə güclü və çoxlu işıq saçırlar ki, qalaktikanın ulduzlar tərəfindən formalaşan yerdə qalan işığını görmək mümkün olmur. Kvazar qara dəliyin böyük həcmdə materiyanı sürətlə udması nəticəsində formalaşır. Qara dəliyə düşən materiya şüalanma yaradır. Məlumdur ki, qara dəlik işıq şüalandıra bilmir. Mövcud olan nəzəriyyəyə əsasən hesab edilir ki, qazla zəngin olan iki qalaktika birləşən və nəhəng vahid qalaktika formalaşdıran zaman onların qarşılıqlı qravitasiya təsirləri qazı qalaktikalardan birindəki və ya hər iki qalaktikadakı superkütləli qara dəliyə düşməsinə məcbur edirlər.
     
Bu proses isə kvazarların aktivliklərinə səbəb olur. Bu nəzəriyyənin yoxlanması istiqamətində alimlər ALMA adlı teleskopdan istifadə edərək kvazarlara sahib və birləşmə prosesində olan iki qədim qalaktikanı müşahidə ediblər. Qeyd etmək lazımdır ki, 12.8 milyard işıq ili uzaqlığında yerləşən bu iki qədim qalaktika Subaru adlı teleskop vasitəsilə kəşf edilib. Alimlərin sözlərinə əsaəsn müşahidə çərçivəsində məlum olub ki, bu iki qalaktika hələ olduqca parlaq deyillər. Bu isə o deməkdir ki, onların sahib olduqları kvazarlar hələ təkamül prosesindədirlər. Bununla yanaşı məlum olub ki, iki qalaktikanı qazdan və tozdan təşkil edilmiş bir növ körpü birləşdirir  Bu isə öz növbəsində iki qalaktikanın birləşmə prosesində olduğunu açıq-aşkar sübut edir.
   
Alimlər bu qalaktikalarda yeni ulduzların formalaşması üçün lazım olan qazın miqdarını da ölçə biliblər. Məlum olub ki, hər iki qalaktikada böyük həcmdə qaz mövcuddur. Bu isə o deməkdir ki, zamanla iki qalaktikanın birləşmə prosesi nəticəsində kvazarların aktivliklərinin artması ilə yanaşı vahid qalaktikada çoxlu sayda yeni ulduz formalaşacaq. İki qalaktikanın birləşməsi nəticəsində vahid qalaktikanın formalaşmasından sonra onun mərkəzində çox parlaq kvazarı yaradan superkütləli qara dəlik formalaşacaq. Bunun nəticəsində isə erkəın kainatda çox parlaq obyekt əmələ gələcək. Lakin bu, yüz minlərlə və hətta milyonlarla il sonra baş verə bilər. Bu o deməkdir ki, bu iki qalaktika uzaq keçmişdə artıq birləşiblər və güman olunan parlaq kosmik obyekt artıq çoxdan formalaşıb. Lakin onların işıqları bizlərə hələ gəlib çatmadıqları üçün onları artıq gələcək alimlər müşahidə edə biləcəklər.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap