Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
04.09.2024 /Coinbase, yeni bir ilkə imza atdığını açıqlayıb. Belə ki, 2 süni intellekt modeli arasında ilk dəfə kriptovalyuta əməliyyatı həyata keçirilib.
Coinbase-in CEO-su Brian Armstrong-un cümə günü sosial mediada yazdığı bir yazıya görə, əməliyyat, Coinbase Developer Platform vasitəsilə həyata keçirilib. Uzun səylərdən sonra bu proses, süni intellekt alətləri üçün bir ilk olaraq qeydə alınıb. CEO, müəyyən tapşırığı yerinə yetirmək üçün nəzərdə tutulmuş süni intellekt botlarından birinin kriptotokenlərdən istifadə edərək başqa bir botdan süni intellekt tokenləri alıb. Süni intellekt tokenləri, modellərə məlumat əldə etməyə imkan verən data-lar adlanır.
Belə ki, bu əməliyyatda 2 fərqli token istifadə edilib. Biri kriptovalyutalara ad olaraq verilən tokenlər, digəri isə süni intellekt təlimində istifadə olunan tokenlərdir. Ödəniş, kriptotokenlər ilə həyata keçirilib və əvəzində süni intellekt tokeni alınıb. Bütün bu proses, 2 süni intellekt modeli tərəfindən həyata keçirilib. Armstrong bu əməliyyatı, “Onlar token almaq üçün token istifadə etdilər” deyərək təsvir edib. Süni intellekt agentləri adlanan bu cür modellər, hələ də o qədər də təkmil deyil. Onlar hələ rahat ödəniş üsulu olmadan aviabilet almaq kimi əsas funksiyaları yerinə yetirə bilmirlər. Ancaq bu addım yavaş-yavaş o səviyyəyə çatmağa başlayacaqlarını göstərir.