Starlink peyk interneti təyyarədə test edilib
09.09.2024 /The Wall Street Journal jurnalisti təyyarədə peyk internetinin hansı səviyyədə çalışdığını yoxlamaq qərarına gəliblər. Qısa desək, əldə edilmiş nəticələr onları sözün yaxşı mənasında təəccübləndirib. Təyarədə adi Wi-Fi şəbəkəsi əsasən zəif sürətli olur və çox zaman qoşulmada qırılmalar yaşanır. SpaceX-in Starlink adlı peyk interneti halında isə vəziyyət tamamilə fərqlidir. The Wall Street Journal-ın jurnalisti Joan Stern, Starlink peyk internetini təyyarədə test edib.
Test zamanı jurnalist təyyarənin havada olduğu halda Starlink vasitəsilə saniyədə 100 Mbit download sürətini və saniyədə 12.5 Mbit upload sürətini əldə edib. Bununla belə siqnal gecikməsi cəmi 29 millisaniyə təşkil edib. Bununla yanaşı test çərçivəsində Starlink-ə smartfon, noutbuk və planşet də daxil olmaqla 10 ədəd cihaz qoşulub. Nəticədə onlar problemsiz olaraq online şəkildə videonu işə sala biliblər. Bundan əlavə olaraq jurnalist təyyarədə olan zaman Starlink vasitəsilə videokonfrans da keçirə bilib.
technote.az