AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib

16.09.2024 /

OpenAI şirkəti əsaslandırma və tapşırıqları məntiqi yolla həll etmə bacarıqlarına sahib yeni süni zəka modelini təqdim edib. Yeni süni zəka modeli o1 adlanır. Şirkətin daha öncəki süni zəka modelləri ilə müqayisədə o1 qəliz tapşırıqları daha sadə addımlara ayıraraq, müxtəlif üsulları analiz edərək və öz səhvlərini düzəldərək insan düşüncəsi prosesini imitasiya edə bilir. Sözügedən yeni süni zəka modeli müxtəlif testlərdə və yarışmalarda peşəkar insanların nəticələri ilə müqayisə oluna biləcək üstün nəticələr sərgiləyib. Məsələn bu yeni süni zəka modeli İnformatika üzrə Beynəlxalq Olimpiadada 49-cu yeri tutub və proqramlaşdırma üzrə Codeforces adlı yarış platformasındakı insanların 89%-ni geridə qoyub.

Riyaziyyat üzrə o1, ABŞ Riyaziyyat Olimpiadasının seçmə mərhələsində ən istedadlı tələbələr üçün nəzərdə tutulmuş tapşırıqların öhdəsindən gələrək ABŞ-ın 500 ən yaxşı tələbəsi siyahısına daxil olub. Təbiət elmlərinda o, kimya, fiziki və biologiya kimi sahələrdə bilikləri qiymətləndirməyə imkan verən GPQA diamond adlı qəliz test çərçivəsində həkimlərin və elmlər doktoru adına namizəd olan şəxslərin nəticələrini geridə qoyub. “Bu, o1-in elmlər doktoru adına namizəd olan istənilən şəxsdən daha ağıllı olduğu demək deyil. Bu onu göstərir ki, sözügedən süni zəka modeli bəzi tapşırıqların öhdəsindən yüksək səviyyədə ixtisaslaşmış şəxs səviyyəsində gələ bilir” - deyə OpenAI qeyd edib.

Şirkətin məlumatlarına əsasən yeni süni zəka modeli məntiqli düşüncəni əhatə edən tapşırıqların çoxunda GPT-4o-nu geridə qoyub. Yeni süni zəka modeli GPT-4o ilə müqayisədə daha az səhvlərə yol verir. Lakin bununla belə o1 daha ləng çalışır və daha baha başa gəlir. Bundan əlavə olaraq o1 ensiklopedik biliklər mövzusunda GPT-4o-dan geridə qalır və üstəlik veb səhifələri, faylları və fotoları emal edə bilmir. OpenAI bildirib ki, o1-in belə nəticələr sərgiləməsində əsas səbəb tamamilə yeni təlimatlandırma alqoritmindədir. Söhbət, fikirlər zəncirindən gedir. Bu yeni süni zəka modeli ən optimal nəticələrin əldə olunması üçün qərarların qəbul edilməsi üsulu üzrə özü-özünü təlimatlandıraraq fikirlər zəncirini təkmilləşdirə bilir.
     
Nəticədə o1 öz səhvlərini təyin edir, onları aradan qaldırır və qəliz tapşırıqları daha sadə addımlara ayıraraq tapşırığın yerinə yetirilməsi üçün müxtəlif üsulları nəzərdən keçirir. Bu proses öz növbəsində süni zəka modelinin əsaslandırma bacarığını yaxşılaşdırır və nəticə etibarilə süni zəka hər hansısa cavabı təqdim etməmişdən öncə real insan kimi uzun müddət ərzində düşüncə prosesində ola bilər. OpenAI yeni süni zəka modelinin o1-preview adlı ilkin versiyasını ChatGPT tərkibində artıq istifadəyə verib. O həmçinin tərtibatçılar üçün də API üzərindən aktivdir.
     
OpenAI bildirib ki, o1-dən istifadənin digər süni zəka modellərindən istifadə kimi sadə olması yolunda bir xeyli işlərin görülməsi lazım olacaq. o1-preview-dan istifadə haqqı 1 milyon giriş tokeni üçün 15$, 1 milyon çıxış tokeni üçün isə 60$ təşkil edir. Bununla yanaşı şirkət o1 mini süni zəka modelini də təqdim edib. O, o1-preview versiyasının daha sadələşdirilmiş versiyasıdır. O daha sürətli şəkildə çalışır və əsasən proqramlaşdırma mövzusunda çox effektivdir. o1 mini daha kompakt süni zəka modeli olduğu səbəbilə daha ucuz başa gəlir. Sadələşdirilmiş versiya ChatGPT-dən pulsuz şəkildə istifadə edənlərə istiqamətlənib. Lakin onun nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat verilməyib.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap