AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Tədqiqatçılar, yalnız işıqdan ibarət birölçülü qaz kəşf ediblər!

18.09.2024 /

Elm adamları, işıqdan ibarət birölçülü qaz yaratmağı bacarıblar. Bu yeni kəşf, işığın davranışı və xüsusiyyətləri haqqında daha dərin biliklər əldə etməyə imkan verə bilər.
Fiziklər, işığın əsas hissəcikləri olan fotonlardan ibarət birölçülü qaz yaradaraq, Bose-Einstein Kondensatı (BEC) ilə əlaqəli yeni bir maddə vəziyyəti kəşf ediblər. Bonn Universiteti və Kaiserslautern-Landau Universitetindən tədqiqatçılar, bu unikal qazı, fotonları "microcavity" adlanan xüsusi bir qabda tutaraq yaratdıqlarını bildirirlər. Bu təcrübə, kvant sistemlərində ölçünün maddənin davranışını necə dəyişdiyini anlamaq üçün atılan mühüm addımlardan biri kimi qeydə alınıb. Maddənin hərəkəti ölçü məhdudiyyətləri ilə böyük dərəcədə dəyişir. Sadə bir nümunə olaraq, bir toyda sərbəst hərəkət edən halay dəstəsi məhdud bir sahəyə sıxışdırıldıqda tamamilə fərqli davranır. Tədqiqatçılar da fotonların ikiölçüdən birölçüyə keçərkən necə fərqli davrandıqlarını araşdırıblar. Normalda Bose-Einstein Kondensatı (BEC) vəziyyətinə keçid, foton kimi hissəciklərin soyudularaq fərdi xüsusiyyətlərini itirib, ortaq bir kvant vəziyyəti yaratması ilə baş verir, lakin ölçülər azaldıqca bu keçid daha da mürəkkəb hala gəlir.

Təcrübə zamanı tədqiqatçılar, microcavity adlanan kiçik bir qabı boya məhlulu ilə dolduraraq lazerin köməyi ilə bu məhluldakı fotonları bir məhlulun içinə həbs ediblər. Qabın əksetdirici divarları fotonların dalğa xüsusiyyətlərini məhdudlaşdıraraq onların hərəkətini nəzarət altına alıb. Daha sonra şəffaf bir polimer istifadə edərək mikroskopik çıxıntılar yaradan tədqiqatçılar, bu yolla foton qazını birölçülü bir formaya məcbur etməyə nail olublar. Fotonların hərəkətini məhdudlaşdıran bu struktur, onlara qazın davranışını öyrənməyə imkan verib.

Bonn Universitetindən fizik Frank Vewinger, bu təcrübədə birölçülü qazın davranışının ikiölçülü qazdan necə fərqləndiyini müşahidə etdiklərini söyləyib. Birölçüdə foton qazlarında baş verən istilik dalğalanmalarının ikiölçüdə olduğundan daha aydın və təsirli olduğu müşahidə edilmişdir. Hətta Vewinger-in təbirincə desək, bu dalğalanmalar, birölçüdə “böyük dalğalar” yaradıb. Təcrübə həmçinin Bose-Einstein Kondensatının müxtəlif ölçülərdə necə əmələ gəldiyinə dair nəzəri proqnozları da təsdiqləyin. Gələcəkdə bu eksperimental qurğu, foton qazlarının fundamental davranışını daha dərindən öyrənmək və kvant fizikasının qanunlarının necə işlədiyini anlamaq üçün istifadə olunacaq.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap