
Qarabağ Universitetinin loqosunu təqdim edirik
25.09.2024 /
Loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır. K və U hərfləri Universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə Universitetin daimi inkişafını ifadə edir. Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir.
Loqo ideyası təqdim etmiş bütün şəxslərə təşəkkürümüzü bildiririk.


