AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!

09.10.2024 /

Alimlər, Cənubi Afrikada canlı mikroorqanizmlərin yaşadığı 2 milyard illik qaya aşkar ediblər. Bu kəşf, Yerdəki erkən həyat haqqında bildiklərimizi dəyişdirmək potensialına malikdir.
Tədqiqatçılar Bushveld Maqmatik Kompleksində apardıqları dərin qazıntı işləri nəticəsində yaşı 2 milyard il olduğu düşünülən bir qaya tapıblar. Onlar bu daşın içində gizlənmiş canlı mikrobları aşkar ediblər. Araşdırmanın nəticələri bu yaxınlarda "Microbial Ecology" jurnalında dərc olunub. Açıqlamada kəşf olunan canlıların "indiyə qədər qayalarda tapılan ən qədim canlı mikrob nümunəsi" olduğu bildirilib. Tokio Universitetindən Yohey Suzuki, 2 milyard illik qayaların yaşayış üçün əlverişli olduğunu indiyə qədər bilmədiklərini vurğulayıb.

Yeni araşdırmadan əvvəl canlı mikroorqanizmlərin tapıldığı ən qədim geoloji qalıntı, okean dibində aşkar edilən 100 milyon illik bir çökmə idi. Bu, yeni tapılan qayanın bir növ zaman maşını funksiyası gördüyünün bir göstəricisidir, çünki Yer üzündə erkən həyat haqqında bizə yeni məlumatlar verir və o dövrdə baş verən təkamül prosesi haqqında yeni məlumatlar vəd edir. Hazırda Yer üzündə ən erkən həyatın təxminən 3.5 milyard il əvvəl ortaya çıxdığı düşünülür. İnsanlar isə yalnız bir neçə yüz min ildir mövcuddur.

Mütəxəssislər, qaya ilə əlaqəli olan mikroorqanizmlərin çox yavaş təkamül keçirdiyini də qeyd ediblər. Bu da onların genetik quruluşu üzərində daha çox araşdırma aparmağın vacibliyini göstərir və daha əvvəl görünməmiş nəticələrin əldə edilə biləcəyini sübut edir. Suzuki bu barədə "Bu mikrobların DNT-sini və genomlarını araşdıraraq planetdə erkən həyatın təkamülünü anlaya bilərik" deyir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap