AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

İlk dəfə olaraq, elektrikli bir qayıq 600 km məsafədən idarə olunub!

09.10.2024 /

İsveçdə ilk dəfə olaraq, avtonom bir elektrikli qayıq 600 km məsafədən idarə edilib. Bununla da avtonom dəniz nəqliyyatı istiqamətində mühüm bir addım atılıb.
Keçən il İsveçin paytaxtı Stockholm-da ilk dəfə olaraq, avtonom elektrikli qayıq kommersiya fəaliyyətinə başlamış və bölgədəki adalar arasında sərnişin daşımalarında istifadə olunmuşdu. İndi isə qayıq 600 km uzaqdan idarə olunaraq mühüm bir uğura imza atıb.
Bərə, Norveçli Brødrene Aa tərəfindən daşıma şirkəti Torghatten AS üçün inşa edilmiş və daha sonra MF Estelle adını almışdır. 12 metr uzunluğuna və 25 sərnişin daşıma gücünə malik olan elektrikli katamaran, 4 ədəd itələyici mühərrik və 188 kWh-lik batareya ilə təchiz edilmiş, saatda 6 dəniz mili (11 km/saat) xidmət sürətində gündə 15 saata qədər işləyə bilir.

Norveç Elm və Texnologiya Universitetindən çıxan Zeabuz adlı startapın inkişaf etdirdiyi texnologiya sayəsində qayıq, avtonom şəkildə fəaliyyət göstərə bilir. Qayıq, radarlardan, lidar, kameralar, ultrasəs sensorları, 5G texnologiyası və GPS-dən istifadə edərək ətrafını skan edir və suyun üzərində hərəkət edə bilir. Bununla yanaşı, süni intellektdən də istifadə olunub. İndiyə qədər sərnişin rahatlığını və təhlükəsizliyini təmin etmək və lazım gəldikdə idarəetməni ələ almaq üçün qayığın göyərtəsində bir ekipaj üzvü olurdusa, son testdə heç bir ekipaj olmadan da qayığın işləyə biləcəyi göstərilib.

Trondheim-dakı Uzaqdan İdarəetmə Mərkəzi qayığın idarəetmə sisteminin eynisini özündə ehtiva edir və qayığın ətrafında quraşdırılmış kameralardan alınan 360 dərəcəlik görüntüləri ekranlardan izləmək mümkündür.  Kungsholmen adasından Stockholm-un Södermalm bölgəsinə doğru həyata keçirilən sınaq gedişində, Norveçdəki uzaqdan idarəetmə komandasına əlavə olaraq, lazım gəldikdə müdaxilə etmək üçün gəmi kabinində operatorlar da var idi. Lakin səyahət problemsiz keçib və sərnişinlər bu testin təsirli və maneəsiz olduğunu bildiriblər. Layihə qrupu, bu təcrübənin öz növündə ilk olduğunu və gələcəkdə avtonom dəniz donanması yaratmaq üçün mühüm bir addım atıldığını qeyd edib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap