AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək

01.11.2024 /

10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII)  keçiriləcək. 
 

Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. 
 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək.
 

Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.

 

Konfransla əlaqəli tarixlər:
Tezislərin qəbulu üçün son tarix: 10.11.2024
Qəbul olunmuş tezislərin elanı üçün son tarix: 21.11.2024
Konfrans proqramının elan olunması: 27.11.2024


Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.


Konfransa tezis ilə müraciətlər [email protected] elektron poçt adresinə edilir. Mövzu yerinə tezisin adı yazılır. Əlavədə tezis və tədqiqatçının məlumatlarını əks etdirən CV yer alır.


Konfransa təqdim olunacaq bütün tezislər qeyd olunan müvafiq yazı qayda və standartlarına uyğun olmalıdır. Uyğunluğu NASCO XXVII əsasnaməsi ilə yoxlanılmalıdır. Əks halda təqdim olunmuş tezislər konfransın elm komitəsi tərəfindən imtina cavabı alacaqdır.


Konfransda məruzə ilə çıxış etməyən şəxslərə sertifikat verilməyəcək və onların tezisi çap olunmayacaqdır.


Həmçinin, keçiddən istifadə edərək tezis nümunəsinə baxa bilərsiniz: keçid linki


Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı elektron poçt ünvanına yaza bilərsiniz. [email protected]

sdu.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap