AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmosda mövcudluğu qeyri-mümkün olan 1.3 milyard işıq ili ölçülü struktur kəşf edilib

30.10.2024 /

Alimlər Yer kürəsindən 6.9 milyard işıq ili uzaqlığında yerləşən nəhəng kosmik strukturu kəşf ediblər. Qalaktikalardan təşkil edilmiş bu nəhəng kosmik struktur formaca halqaya bənzəyir. Kəşf edilmiş bu halqanın diametri 1.3 milyard işıq ili təşkil edir. Kainat barəsində olan müasir təsəvvürlərə əsasən sözügedən kosmik struktur əslində mövcud olmalı deyil. Lakin, bu, son illər ərzində kəşf edilmiş ikinci qeyri-adi kosmik strukturdur. Çoxlu sayda qalaktikadan təşkil edilmiş bu nəhəng struktur öz forması səbəbilə Böyük Halqa adını əldə edib. Bu yeni kəşf alimləri standart kosmoloji modelin fərziyyələrinə yenidən nəzər yetirməyə məcbur edəcək.


Onlar kainatın mövcud təkamül anlayışları əsasında bu nəhəng kosmik strukturun mövcudluğuna aydınlıq gətirə bilmirlər. Sadə sözlə desək, Böyük Halqa öz nəhəng ölçüsü ilə kosmik prinsiplərə ziddir. Kosmik prinsiplərə əsasən kainatdakı bütün materiya bərabər şəkildə paylanmış olmalıdır və bütün kosmos bütün istiqamətlərdə bircins və eyni olmalıdır. Buna görə də kainatın böyük miqyasında kosmosun başqa sahələrindən fərqlənən belə nəhəng strukturlar olmamalıdır. Hal-hazırda hesab edilir ki, ən böyük mümkün kosmik strukturun ölçüsü 1.2 milyard işıq ilindən böyük ola bilməz. Lakin Böyük Halqanın ölçüsü 1.3 milyard işıq ili təşkil edir.

Güman olunur ki, sözügedən halqanın çevrəsi 3.3 milyard işıq ili təşkil edir. Qeyd etmək lazımdır ki, 3 il bundan öncə alimlər digər bir nəhəng kosmik strukturu kəşf etmişdilər. 3 il bundan öncə kəşf edilmiş nəhəng kosmik struktur qövs formasındadır və nəticədə o, Nəhəng Qövs adını əldə etdi. Onun uzunluğu isə 3.3 milyard işıq ili təşkil edir. Maraqlısı ondadır ki, Nəhəng Qövs və Böyük Halqa bir-birilərinə nisbətən yaxın məsafədə yerləşən kosmik strukturlardır. Alimlər kosmosda bu cür nəhəng struklturların necə formalaşdıqlarını hələ anlaya bilmirlər. Ola bilsin ki, kainat mövcud kosmolji modelin güman etdiyi kimi inkişaf etməyib. Qeyd etmək lazımdır ki, Böyük Halqa elmə məlum olan 7-ci nəhəng kosmik strukturdur. Onlardan ən nəhəngi isə Böyük Herakl divarı-Şimal Tacıdır. Bu, qalaktika supertopasıdır (1000-dən çox qalaktikadan təşkil edilmiş kosmik struktur) və onun ölçüsü 10 milyard işıq ili təşkil edir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap