AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Qadın Tədqiqatçılara Dəstək” mövzusunda onlayn vörkşop keçirilib

30.10.2024 /

Xəbər verdiyimiz kimi, “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikası 1 il müddətinə (sentyabr 2024-sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.
Bu çərçivədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “RASIT”-in birgə əməkdaşlığı ilə 24-25 oktyabr tarixlərində “Qadın Tədqiqatçılara Dəstək” mövzusunda onlayn vörkşop təşkil olunub. Vörkşopda EATDA-nın direktoru Ülkər Səttarova, “RASIT”in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, eləcə də 21 ölkədən 150-ə yaxın magistrant və doktorant və peşəkar qadın tədqiqatçılar iştirak ediblər.
2 gün davam edən vörkşopda “RASIT”-in Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi professor Joumana Toufaily, Bakı Dövlət Universitetinin kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova, ABŞ-nin Sent-LuisVaşinqton Universitetinin professoru Aytəkin Hüseynli, Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Çinin Pekin Texnologiya Universitetində tədqiqat aparan doktorant İlahə Balakişiyeva və “2007-2015 Dövlət Proqramı”nın məzunu Edinburq Universitetinin doktorantı Günel Ağabəyli “Elmin inkişafında qadın tədqiqatçıların rolu” və “Tədqiqat işlərinin maliyyələşdirilməsi üçün yazı bacarıqlarının inkişafı, eyni zamanda elmdən startaplara” mövzularında elmi-praktik mühazirələr ilə çıxış ediblər.
Həmçinin vörkşopda qadın tədqiqatçıların elmi biliklərinin ictimaiyyətin inkişafındakı rolu vurğulanıb, elm və startapın inteqrasiyası, tədqiqat metodologiyaları sahəsində xanım tədqiqatçıların məlumatlandırılması və digər mövzular üzrə akademik müzakirələr aparılıb.

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap