AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv edilib

01.11.2024 /

“Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi noyabrın 1-dən 25-dək aktiv olacaq.

Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin əlaqələndiriciləri və Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin məsul şəxsləri DİM tərəfindən təlimatlandırılıb.

Əlaqələndiricilərə cari ildə zal nəzarətçilərinin imtahanlara cəlb edilməsi və imtahanlarda iştirakının təşkili, zal nəzarətçilərinin fəaliyyətinin təhlili ilə bağlı yekun nəticələr və zal nəzarətçiləri bazasının müxtəlif parametrlərə görə tərkibi kimi məlumatlar təqdim edilib, “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin strukturu, funksiyaları, bazaya daxil edilmiş zal nəzarətçilərinin şəxsi və digər zəruri (təhsil səviyyəsi, ixtisası və təhsillə bağlı digər informasiyalar, sosial sığorta və bank rekvizitləri haqqında məlumatlar və s.) məlumatlarının daxil edilməsi və dəqiqləşdirilməsi, yeni nəzarətçilərin qeydiyyatının aparılması və əmək müqavilələrinin bağlanılması qaydaları barədə ətraflı məlumat verilib.

Bu sistem zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və prosesin səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici şəxsi kabinetinin istifadəçi adı və parolu ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.

Nəzarətçilərin elektron qeydiyyatı sistemində zal nəzarətçilərinə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı da yaradılıb.

Qeyd edək ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası təlimlər yekunlaşdıqdan sonra 15661 nəfərdən ibarət olub. Ümumi bazanın 84,7%-i ümumi təhsil müəssisələrində, 3,6%-i ali və orta ixtisas təhsil müəssisələrində, 3,6%-i dövlət müəssisələrində, 2,9%-i özəl müəssisələrdə, 1,9%-i AMEA və digər tədqiqat institutlarında, 1,1%-i publik hüquqi şəxslərdə işləyir, 2,1%-i isə pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və işləməyən şəxsləri əhatə edir.

dim.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap