AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib

01.11.2024 /

Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib.

Ekoloji Forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesinə töhfə vermək, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirakını təşviq etmək, eyni zamanda uşaq və gənclərdə ekoloji şüuru formalaşdırmaq, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə onların bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilib.

Forumun rəsmi açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliyi ilə mübarizədə və ətraf mühitin mühafizəsi istiqamətində məktəblilər arasında  məlumatlılığın artırılması üçün ekoloji forum kimi tədbirlərin təşkilinin önəmli olduğunu vurğulayıblar.

Rəsmi hissənin yekununda COP29 Təşkilat Komitəsinin üzvü, EkoSfera Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və ekoklub üzvlərinin iştirakı ilə Ekoloji Forumun Bəyannaməsi qəbul edilib və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənovaya təqdim olunub.

Tədbirin davamı olaraq Forum iştirakçıları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi, Tusi-Bohm Planetarium, COP29 Məlumat Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Milli Xalça Muzeyi, Bakı Zooloji Parkı və Palçıq Vulkanları Turizm Kompleksi kimi məkanlarda paralel sessiyalar, interaktiv seminarlar və işçi qrupları təşkil edilib.

Forumda “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən 300-dən çox ekoklub üzvləri iştirak edib.

edu.gov.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap