AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!

05.11.2024 /

Yer kürəsindən 24.3 milyard kilometr uzaqlıqda olan Voyager 1, rabitə problemlərindən sonra 1981-ci ildən bəri istifadə edilməyən ehtiyat radio ötürücü ilə siqnal göndərib.
Yer kürəsindən 15 milyard mil və ya 24.3 milyard km uzaqlıqda olan Voyager 1, 16 oktyabrda enerji qənaəti rejiminə keçərək qısa müddətli məlumat kəsintisi yaşamışdı. NASA-nın proqnozlarına görə, bu, 16 oktyabrda Voyager 1-ə istilik tənzimləyicilərindən birini söndürməsini tapşıran komandanın nəticəsi idi və bu da tədqiqat aparatının qoruma sisteminin işə düşməsi və X-band ötürücüsünün bağlanması ilə nəticələnmişdi. Buna görə NASA, X-band ötürücüsünə başqa bir siqnal göndərərək nasazlıq qoruma sistemini yenidən işə salma riskini gözə almaq istəmədi. 19 oktyabrda isə əlaqə tamamilə kəsildi.

İndi isə NASA-nın açıqlamasına görə Voyager 1, 1981-ci ildən bəri istifadə olunmayan S-band radio ötürücüsü vasitəsilə yenidən əlaqə yaratmağı bacarıb. 22 oktyabrda S-band ötürücüsünə bir əmr göndərildi və Voyager 1 ilə yenidən əlaqə quruldu. Voyager 1-in nasazlıq qoruma sistemini nəyin işə saldığı dəqiq bilinmir, lakin aparatın istilik tənzimləyicisini işlətməsi üçün kifayət qədər gücə malik olması lazım idi. NASA, problemin mənbəyini tapmağın həftələr çəkə biləcəyini bildirir.

Voyager 1-in Yer kürəsindən bu qədər uzaqda olması, texniki xidmət işlərini çətinləşdirir. Ancaq bütün çətinliklərə baxmayaraq, aparat Günəş sisteminin xaricindəki dərin kosmosdan həyati əhəmiyyət daşıyan məlumatları Yer kürəsinə göndərməyə davam edir. Voyager 1, 2012-ci ildə Günəşin maqnit sahəsinin hüdudlarından keçərək ulduzlararası kosmosa çatan ilk insan tərəfindən hazırlanan aparat olmuşdu. 47 illik missiyası müddətində kosmosun dərinliklərində çoxlu məlumat toplayan bu aparat, hələ də Yer ilə əlaqə qurma qabiliyyətinə malikdir. NASA, bu hadisədən sonra Voyager-ın qoruma rejiminə keçərək gücünü qoruduğunu və sağlamlığını təmin etmək üçün hazırlanmış bu xüsusiyyətin uğurla işlədiyini təsdiqləyib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap