AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Milli Kibertəhlükəsizlik İndeksi” təqdim olunub

05.11.2024 /

Cari ilin 31 oktyabr tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra edilmiş “Milli Kibertəhlükəsizlik İndeksinin yaradılması və ölkədə kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə kibertəhlükəsizliyin təmin olunması sahəsində səlahiyyətli dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, habelə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, eləcə də AKTA-nın inzibati heyəti, üzvləri və ekspertləri iştirak edib.

 

Tədbirdə çıxış edən AKTA İdarə heyətinin sədri Elvin Balacanov Milli Kibertəhlükəsizlik İndeksinin yaradılması və ölkədə kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi məqsədilə icra olunan layihə çərçivəsində həyata keçirilən tədbirlər, yaradılmış qiymətləndirmə platforması və həyata keçirilmiş qiymətləndirmənin nəticələri, eləcə də, indeksə dair ölçü meyarları və qiymətləndirmə mexanizminə dair məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Layihənin icrası zamanı qarşıya çıxan çətinliklər və sahə üzrə bəzi mövcud problemlər barədə məlumatlar isə layihə rəhbəri Təbriz Cəfərov tərəfindən işitrakçılara təqdim olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru xanım Aygün Əliyeva çıxış edərək, son illər ərzində müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik sahəsində qeyri-hökumət təşkilatlarının artan rolu, habelə QHT sektorunun inkişaf etdirilməsində Agentlik tərəfindən tətbiq olunan dəstək mexanizmləri barədə məlumat verib. AKTA tərəfindən icra edilmiş layihənin ölkənin kibertəhlükəsizlik ekosisteminin qiymətləndirilməsi üçün mühümlüyünü vurğulayan xanım Aygün Əliyeva, layihənin icra edilməsinin təqdirəlayiq hesab edildiyini və gələcəkdə də ekosistem subyektlərinin kibertəhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.

 

Layihə çərçivəsində görülmüş işlərin müzakirəsi zamanı çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev ekosistemin özəl sektor üzrə subyektlərinin qiymətləndirilməsinin vacibliyini vurğulayaraq, bu sahədə milli indeksləşdirmənin tətbiq edilməsinin kibertəhlükəsizlik sahəsindəki inkişafa əhəmiyyətli töhfə verəcəyini bildirib. Müzakirədə iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi layihə çərçivəsində görülmüş işlərin təqdirəlayiq olduğunu qeyd edərək, gələcəkdə özəl sektorun müxtəlif sferaları üzrə daha dərin qiymətləndirmələrin həyata keçirilməsinin ekosistemə mühüm töhfələr verə biləcəyini qeyd edib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Vüqar Həsənov, AKTA tərəfindən həyata keçirilmiş qiymətləndirmə nəticələrinə münasibət bildirərək, qeyd edib ki, qiymətləndirmənin əhatə dairəsinin daha da genişləndirilməsi, özəl sektor üzrə subyektlərin qiymətləndirmədə daha aktiv iştirakının təşviq edilməsi istiqamətində müvafiq addımların atılması məqsədəuyğun olardı.

 

Tədbir AKTA üzv və ekspertlərinin, o cümlədən qiymətləndirmədə iştirak etmiş şirkət və təşkilatların rəhbər və nümayəndələrinin AKTA tərəfindən icra edilmiş layihə və aparılmış qiymətləndirmə barədə müvafiq fikir, mülahizə və təkliflərininin dinlənilməsi və müzakirəsi formasında davam edib.

 

Tədbirdə, həmçinin AR İdarəetmə Sistemləri İnstitutunun kiçik elmi işçisi, AKTA eksperti Lamiyə Nəcəfova da iştirak etmişdir. 

akta.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap