AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!

23.11.2024 /

Durham Universitetində çalışan astrofiziklərin yayımladığı məqaləyə əsasən, qalaktikamızda milyardlarla planet olmasına baxmayaraq, yadplanetlilərlə qarşılaşmamağımızın səbəbi onların başqa bir kainatda ola biləcəyidir.
Kainatımızla bağlı əldə edilən hər yeni məlumat onun genişliyini daha yaxşı anlamağımıza kömək edir. Məlum olan kainatın nəhəngliyi gün keçdikcə daha aydın görünür və təbii olaraq vacib bir sual ortaya çıxır: Bu qədər böyük bir kainatda necə tək ola bilərik? Fermi paradoksundan tutmuş Drake düsturuna qədər bir çox elmi yanaşma, Yerdən kənarda hər hansı bir həyat forması ilə qarşılaşmamağımızın riyazi baxımdan məntiqə uyğun olmadığını göstərir. Bu səbəbdən alimlər illərdir bu maraq doğuran sirri həll etməyə çalışırlar.

Bu paradoks üzərində düşünən alimlərdən biri, astrofizik Daniele Sorini, bu sualın cavabının çoxsaylı kainat nəzəriyyəsində gizli ola biləcəyini hesab edir. Sorini və Durham Universitetindəki komandası tərəfindən hazırlanmış məqalə Monthly Notices of the Royal Astronomical Society jurnalında dərc olunub. Bu məqaləyə görə, biz yadplanetliləri görə bilmirik, çünki onlar bizim kainatımızda deyillər.
Sorini və komandası hesab edir ki, Drake düsturu kimi hesablamalara çoxsaylı kainatlar nəzəriyyəsini də daxil etmək lazımdır. Çoxsaylı kainatlarda yaşamaq üçün bizimkindən daha əlverişli şərtlərə malik kainatlar ola bilər. Buna görə də, ehtimal hesablarına əsasən görməyi gözlədiyimiz həyat formalarının bu kainatlarda yaranmış olma ehtimalını nəzərə almalıyıq. Xüsusilə kainatdakı qaranlıq enerji sıxlığına diqqət çəkən araşdırma, tərkibindəki maddəsinin 27%-nin ulduza çevrilməsinə imkan verən qaranlıq enerji sıxlığına malik bir kainatın yeni həyat formalarının yaranması üçün daha əlverişli olduğunu bildirir. Bizim kainatımızda isə bu rəqəm 23%-dir. Buna görə Sorini-dən ötrü bizim kainat, həyat formalarının yaranma ehtimalının nisbətən daha aşağı olduğu kainatlardan biridir.

Sorini bu ehtimalın Drake düsturuna cavab ola biləcəyini düşünür. Lakin bu məsələdə ona etiraz edəcək çoxlu alim də olacaq. Çünki Drake düsturu, kainatımızda hazırda mövcud olan şərtləri və Günəşə bənzər ulduzları nəzərə alaraq bu şərtlər altında daha çox həyat forması yaranmalı olduğunu göstərir. Kosmik teleskoplar vasitəsilə aparılan müşahidələrə əsasən, Günəşə bənzər ulduzların ətrafında həyat üçün əlverişli zonalarda Yerdəki kimi 40 milyard planet mövcuddur. Üstəlik, bu yalnız Süd Yolu qalaktikasındakılardır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap