AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər saatda 3.2 milyon kilometr sürətlə baş verən kosmik toqquşma müşahidə ediblər!

26.11.2024 /

Elm adamları saatda 3.2 milyon km sürətlə baş verən kosmik toqquşmanı qeydə alıblar. Stephan's Quintet qalaktika qrupunda baş verən bu toqquşma nadir görüntülər təqdim edib.

Stephan's Quintet, 1877-ci ildə kəşf edilmiş və 5 qalaktikadan ibarət bir qrupdur. "Qalaktik kəsişmə" adlandırılan bu bölgə, əvvəlki toqquşmaların qalıqları ilə doludur. Lakin bu qrup göründüyü qədər sakit deyil. İndi isə bu qalaktikalar yavaş-yavaş birləşərək nəhəng bir qalaktika yaratmağa doğru irəliləyirlər. Buradakı "yavaş" termini insan təcrübəsi ilə müqayisədə olduqca nisbidir. Milyonlarla kilometr sürətlə hərəkət edən bu qalaktikaların birləşmə prosesini tamamlamaq üçün hələ bir neçə milyon il lazım olacaq.

Son toqquşma bu dinamik bölgəni yenidən “canlandıraraq” alimlərə kainatda qalaktikaların qarşılıqlı təsirlərini anlamaq üçün unikal bir fürsət yaradıb. Maraqlısı isə odur ki, bu qrup “Beşlik” adlandırılsa da, toqquşmada yalnız 4 qalaktika iştirak edir. Yuxarı sol küncdə görünən qalaktika, digər qalaktikalardan 200 milyon işıq ili daha yaxındır. 1877-ci ildə Marsel Rəsədxanasında fransız astronomu Édouard Stephan bu mənzərəni kəşf edərkən bu fərqi müəyyən etmək imkanı yox idi, buna görə də qrupun “beşlik” adlanması təəccüblü deyil.

Bu möhtəşəm hadisə İspaniyanın La Palma adasındakı William Herschel Teleskopuna qoşulmuş WEAVE spektroqrafı vasitəsilə müşahidə olunub. 20 milyon avro dəyərində olan bu müasir teleskop qalaktikalar arasındakı mürəkkəb münasibətləri anlamaqda mühüm rol oynayır. Tədqiqatda həmçinin LOFAR, James Webb Kosmik Teleskopu və VLA kimi digər rəsədxanalardan əldə edilən məlumatlardan da istifadə edilib.

60-dan çox beynəlxalq astronomun iştirak etdiyi bu tədqiqat xüsusilə NGC 7318b qalaktikasının təsirini araşdırmağa yönəlib. NGC 7318b, qrupdakı digər qalaktikalara arxadan çırpılaraq irəliləyir və sanki Yerə doğru gəlirmiş kimi görünür. Bu qalaktikanın saatda 3.2 milyon kilometr sürəti ətrafındakı qalaktikalarda güclü şok dalğası yaradır.

Hertfordshire Universitetindən Dr. Marina Arnaudova bu toqquşmanı “döyüş təyyarəsindən çıxan səs partlayışına” bənzədərək, şok dalğasının kainatdakı ən təsirli hadisələrdən biri olduğunu bildirib. Şok dalğası soyuq qaz ciblərindən keçərək hipersəs sürətlə hərəkət edir, atomları ionlaşdırır və arxasında parlaq ionlaşmış qaz izləri buraxır. Lakin isti qaz bölgələrində bu şok zəifləyir, qazı sıxaraq radio dalğaları yaradır. Alimlər bu tədqiqatın yalnız başlanğıc olduğunu vurğulayaraq, WEAVE-nin növbəti 5 il ərzində daha bir çox mühüm kəşflərə imza atacağını qeyd ediblər.

technote.az

Tweet
ANNOUNCE
  • 26.08.2025
    The 6th International Conference on Problems of Cybernetics and Informatics (PCI 2025) will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
  • 30.06.2025
    Seminar “The Unlimited Development of Highly Intelligent People and the Positive Outlook on Life of People with Disabilities” will be held
  • 30.06.2025
    Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap