AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Küçə səslərindən yüksək dəqiqliklə görüntülər yarada bilən süni intellekt hazırlanıb!

05.12.2024 /

Texas Universitetindən tədqiqatçılar küçələrin səs yazılarından həmin küçənin real görünüşünü inanılmaz dəqiqliklə yarada bilən süni intellekt sistemi hazırlayıblar.
Şəhərlərin küçələrinə və ya digər məkanlara baxaraq həmin yerlərə uyğun səs effektləri yaradan süni intellekt alətləri artıq mövcuddur. Lakin bu yeni texnologiya tam əksini edir və küçələrin səs yazılarından onların real görüntülərini yüksək dəqiqliklə yarada bilir. Texas Universitetindən dosent doktor Yuhao Kang və onun həmkarları tərəfindən hazırlanan "soundscape-to-image" modeli 10 saniyəlik audio-vizual kliplərdən ibarət bir məlumat bazasında öyrədilib.

Bu kliplər, Şimali Amerika, Asiya və Avropadakı şəhər və kənd küçələrindən alınan statik görüntülər və ətraf səslərindən ibarətdir. YouTube videolarından götürülmüş bu məlumatlar əsasında dərin öyrənmə alqoritmləri, hansı səslərin görüntülərdəki hansı elementlərə uyğun gəldiyini və hansı səs xüsusiyyətlərinin hansı vizual mühitlərlə əlaqəli olduğunu öyrənib. Təlim başa çatdıqdan sonra sistemdən 100 fərqli küçə görüntüsü videosunun yalnız qeydə alınmış ətraf səsinə əsasən görüntülər yaratması tələb olunub və hər video üçün 1 görüntü yaradılıb.
     
Daha sonra bir qrup münsif bu görüntülərin hər birini digər küçələrə aid 2 fərqli hazırlanmış görüntü ilə müqayisə edərək əsas götürülmüş video səs yazısını dinləyib. Daha sonra 3 görüntü arasından hansının səs yazısına uyğun gəldiyini müəyyən etmələri istənib və bu, 80% dəqiqliklə doğru müəyyən olunub. Bundan əlavə, yaradılmış görüntülərin kompüter analizi onu göstərib ki, həmin görüntülərdə səmanın, yaşıllıqların və binaların nisbətləri orijinal videolarla güclü şəkildə uyğun gəlir. Hətta bir çox hallarda yaradılmış görüntülər, mənbə videoların işıqlandırma şəraitini – məsələn, günəşli, buludlu və ya gecə olduğunu da əks etdirib. Bu, ehtimal ki, gecə azalan nəqliyyat səsləri və ya gecə həşəratlarının səsləri kimi faktorların nəticəsi ola bilər.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap