AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək!

06.12.2024 /

Facebook, WhatsApp, Instagram və Messenger kimi sosial media platformalarının sahibi olan Meta, 2030-cu illərin əvvəlindən etibarən gigavat səviyyəsində nüvə enerjisi istifadə etməyə başlayacaq.
Bildiyiniz kimi, Facebook, WhatsApp, Instagram və Messenger platformaları Meta-nın idarəsi altındadır. Son məlumatlara əsasən, Meta-nın platformalarının ümumi gündəlik istifadəçi sayı 3.29 milyard nəfər təşkil edir. Bu platformaların hamısı məlumat mərkəzlərində fəaliyyət göstərir. Meta isə bu platformalarını müasir dövrün məşhur texnologiyası olan süni intellekt ilə birləşdirməyə çalışır. Bu məqsədlə Meta, xüsusilə Kiçik Modulyar Reaktor (Small Modular Reactor - SMR) adlanan reaktorlar və ya daha böyük nüvə reaktorları sahəsində təcrübəli iş ortaqları axtardığını bildirib. Şirkət, nüvə elektrik stansiyası layihələrinin coğrafi mövqeyi ilə bağlı heç bir məhdudiyyət qoymadığını və bu məsələdə çevik olduğunu qeyd edib.

Meta nüvə enerjisindən istifadəsini həm texnoloji yeniliklərin dəstəklənməsi, həm də iqtisadi inkişaf baxımından mühüm bir addım kimi qiymətləndirir. Şirkətin açıqlamasında belə deyilir: "Yeni innovasiyalar sektorlar arasında effektiv texnoloji irəliləyişlər təmin edərək iqtisadi artımı dəstəkləyərkən, nüvə enerjisinin həm məlumat mərkəzlərimizə (Meta platformalarının fəaliyyət göstərdiyi fiziki infrastruktur), həm də ətrafındakı icmalara enerji təmin edən elektrik şəbəkələrinin inkişaf ehtiyaclarını dəstəkləmək üçün etibarlı və davamlı enerji təmin etməsinə inanırıq".
     
Meta, nüvə enerjisinə yönələn yeganə texnologiya nəhəngi deyil. Google, ABŞ-da bir neçə reaktor tikmək üçün müqavilə imzalayıb və bu layihələrin 500 meqavatlıq nüvə enerjisi gücü təmin edəcəyi gözlənilir. Microsoft isə ABŞ-dakı Three Mile Island nüvə elektrik stansiyasını yenidən işə salaraq süni intellekt layihələrini dəstəkləməyi planlaşdırır. Eyni zamanda Amazon da nüvə enerjisindən istifadə edəcəyini elan edib.
technote.az
 
Tweet
ANNOUNCE
  • 17.02.2026
  • 07.11.2025
  • 04.11.2025
  • 31.10.2025
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap