AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Google, video hazırlayan süni intellekt aləti Veo-nun önizləmə versiyasını təqdim edib!

06.12.2024 /

Google, OpenAI-ın Sora modelinə rəqib olaraq hazırladığı Veo adlı süni intellekt video modelinin önizləmə versiyasını təqdim edib və bununla da rəqibini qabaqlayıb.
Google-un süni intellekt platforması olan Vertex AI-də xüsusi önizləmə versiyası təqdim olunan Veo, mətn və ya şəkil əsaslı sorğulardan müxtəlif görüntülər və 1080p keyfiyyətində kinematoqrafiya üslublu videolar yarada bilir. Model ilk dəfə elan edilərkən yaradılan kliplərin 1 dəqiqədən uzun ola biləcəyi qeyd olunmuşdu. Önizləmə versiyası üçün isə video uzunluğu ilə bağlı heç bir məhdudiyyət göstərilməyib. Google-ın təqdim etdiyi nümunə kliplər əvvəlki səviyyədədir və kifayət qədər yüksək keyfiyyətə malikdir. Hətta diqqətlə baxılmadıqda, videoların süni intellekt tərəfindən yaradıldığını anlamaq olduqca çətindir.

Google-ın mətn əsasında görüntü yaradan Imagen 3 adlı süni intellekt aləti yaxın zamanda Google Cloud müştərilərinə təqdim ediləcək və tam versiyası gələn həftə yayımlanacaq. Yeni funksiyalar icazə siyahısına daxil edilmiş istifadəçilər üçün əlçatan olacaq və şəxsi tənzimləmə, sorğu əsasında foto düzəlişi, hətta yaradılmış görüntülərə loqo və ya digər elementlərin əlavə olunması kimi seçimlər təqdim edəcək.

Google bildirir ki, Veo və Imagen 3 modellərində zərərli məzmunun yaradılmasının və müəllif hüquqlarının pozulmasının qarşısını almaq üçün daxili təhlükəsizlik tədbirləri mövcuddur. Ancaq testlər onu göstərir ki, bu təhlükəsizlik tədbirlərini aşmaq mümkündür. Yaradılan məzmun DeepMind-ın SynthID texnologiyası ilə təchiz edilmiş görünməz rəqəmsal filiqran daşıyır ki, bu da məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını müəyyən etməyə imkan verir. Google-ın süni intellekt video modeli Veo-nu təqdim etməsi ilə OpenAI üzərində təzyiq artır. İstifadəçilərin səbirsizliklə gözlədiyi və 2024-cü ilin sonlarına doğru təqdim olunması gözlənilən Sora modelinin tezliklə istifadəyə verilməsi tələb olunur.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap