AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!

09.12.2024 /

NASA-nın NEOWISE kosmik teleskopu əvvəllər görülməmiş kosmos görüntülərini paylaşıb. Alimlər ömrünü başa vuran bu kosmik aparatın topladığı məlumatlardan daha çox məlumat əldə etməyi ümid edirlər.
NASA-nın WISE Telescope - Wide-field Infrared Survey Explorer kosmik aparatı 2009-cu ildə orbitə buraxılmış, təxminən 2 ildən sonra isə fəaliyyəti dayandırılaraq "yuxuya" göndərilmişdi. Lakin 2013-cü ildə NEOWISE adlandırılan aparat asteroidləri və quyruqlu ulduzları tədqiq etmək məqsədilə yenidən aktivləşdirilmişdi. Artıq fəaliyyətini tamamilə dayandıran və keçən ay Yerə qayıdan NEOWISE, möhtəşəm kosmik görüntülər təqdim edib.

Təxminən 15 il ərzində fəaliyyət göstərən NEOWISE, kainatın sirrlərini açmaq üçün 21 fərqli infraqırmızı tədqiqat aparıb. Teleskop 1 noyabrda Yerə düşməzdən əvvəl artıq aktiv missiyasını başa vurmuşdu. NEOWISE komandası 26 noyabrda missiyanın uğurlarını qeyd etmək məqsədilə teleskopun arxivindən 6 xüsusi görüntü yayımladı. Bu görüntülər arasında xüsusilə Kaliforniya Dumanlığı və Gecko Dumanlığı kimi möhtəşəm kosmik fenomenlər diqqət çəkir.

Persey bürcündə yerləşən və eni 100 işıq ili olan Kaliforniya Dumanlığı Yerdən təxminən 1000 işıq ili uzaqlıqda yerləşir. Bu dumanlıq, adını Kaliforniya sahil xəttinə bənzəyən formasından alır. Görüntülər arasında eyni zamanda kərtənkələ burnuna bənzəyən Gecko Dumanlığı da var. Dumanlığın burun hissəsində qırmızı rəngdə körpə bir ulduz görünür. Bu ulduz, yaranma prosesinin son mərhələsindədir və artıq yanacağının son hissələrini istifadə edir. Həmçinin, ulduzun ətrafındakı qaz axınları toz buludlarını dəlib, keçərək ətraf mühiti dəyişir.

Yeni yayımlanan üçüncü bir görüntü isə qurbağa balasına bənzəyən CG12 dumanlığını əks etdirir. Bu görüntüdə WISE teleskopunun infraqırmızı işıqla asanlıqla aşkarladığı quyruq formalı toz sapları diqqəti çəkir. Yayımlanan 6 görüntünün hamısını aşağıdakı qalereyada izləmək mümkündür.

NEOWISE-in topladığı məlumatlar yalnız bu günün deyil, gələcəkdəki astronomlar üçün də bələdçi olacaq. Missiya ərzində toplanan nəhəng məlumat arxivi kainatın quruluşunu daha yaxşı anlamaq üçün yeni vasitələr və texnikalarla təkrar-təkrar araşdırılacaq. NEOWISE layihəsinin baş tədqiqatçısının müavini Joe Masiero bu arxivin əhəmiyyətini belə vurğulayır: "Təxminən 15 il ərzində səmada baş verən dəyişiklikləri izləmək, ən yaxın asteroidlərlə ən uzaq kvazarlar arasında hər şey üçün yeni bir elmi sahə açdı".technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap