AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər kosmosda quyruqlu bir planet kəşf ediblər!

16.12.2024 /

Alimlər çox uzun bir quyruğu olan ekzoplanet kəşf ediblər. Planetin quyruğunun uzunluğu Yer ilə Ay arasındakı məsafənin 1.5 misli qədərdir.
Astronomlar 164 işıq ili uzaqlıqdakı bir ulduzun orbitində yerləşən WASP-69 b adlı yeni bir ekzoplanet kəşf ediblər. Bu planetin maraqlı cəhəti isə bir "quyruğa" sahib olmasıdır. Aşağıdakı şəkildən də gördüyünüz kimi WASP-69 b-nin çox uzun bir quyruğu var. Bu quyruq, planetin hidrogen və helium hissəciklərindən ibarət atmosferini tədricən itirməsi və planetdə əsən güclü ulduz küləklərinin təsiri ilə yaranır. Beləliklə, planet quyruqlu ulduza bənzəyir.

WASP-69 b-nin isti bir Yupiter olduğunu deyə bilərik, yəni Yupiterin kütləsinə yaxın bir qaz nəhəngi. Onun mövqeyi isə 164 işıq ili uzaqlıqdakı Aquarius (Dolça) bürcündə yerləşən bir ulduzun orbitidir. Ekzoplanet bu ulduzun ətrafında çox yaxın bir məsafədə dövr edir. Bu səbəbdən temperaturu sürətlə artır. Ulduzdan yayılan radiasiya isə qazların buxarlanmasına və planetin arxasında iz buraxan görüntüyə səbəb olur.
Alimlər ekzoplanetin saniyədə təxminən 200 min ton qaz itirdiyini ehtimal edirlər. Bundan başqa, 1 milyard il ərzində itirdiyi kütlənin bir Yer kütləsinə bərabər olduğunu və buna görə atmosferdəki qazın heç vaxt tamamilə bitməyəcəyini söyləyirlər. Onu da qeyd edək ki, bu ekzoplanetin ümumi kütləsi bizim planetimizin kütləsindən 90 dəfə daha çoxdur. Alimlərin hesablamalarına görə, bu quyruğun uzunluğu təxminən 563 min 270 kilometrdir. Bu da Yer ilə Ay arasındakı məsafənin təxminən 1.5 mislinə bərabərdir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap