AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!

23.12.2024 /

Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya Elmi-Tədqiqat İnstitutunun rəhbərlik etdiyi beynəlxalq komanda süni zəka və böyük məlumat metodlarından istifadə edərək, kompleks həyatın 1.5 milyard illik təkamülünü yüksək dəqiqliklə ortaya çıxarıblar.
Tədqiqatçılar 15 dekabr 2024-cü ildə Science jurnalında dərc olunan araşdırmaları ilə Proterozoy dövründən (2 milyard - 539 milyon il əvvəl) Kembri dövrünə qədər uzanan bioloji təkamül prosesini təhlil ediblər. 6 il davam edən məlumat toplama işləri nəticəsində Yer kürəsinin ən geniş paleobioloji məlumat bazası yaradılıb. Süni intellekt dəstəkli analizlər və superkompüterlər vasitəsilə Yer kürəsində ilk mürəkkəb həyat formalarının yaranması, genişlənməsi və məhv olması rəqəmsal olaraq xəritələnib. Araşdırmanın nəticələri müasir ekosistemlərin necə inkişaf etdiyini və keçmişdəki böyük bioloji böhranların təsirlərini ətraflı şəkildə nümayiş etdirib.

Araşdırmanın əsas nəticələri:
İlk mürəkkəb həyat formaları: İlk etibarlı eukariot (nüvəli hüceyrələrə malik orqanizmlər) fosili 1.7 milyard il əvvəl ortaya çıxıb. Bu növlər əvvəlcə az, lakin sabit bir müxtəliflik nümayiş etdirib.
“Qar Kürəsi Yer” hadisəsi: Təxminən 720 milyon il əvvəl baş vermiş qlobal buzlaşma dövrü eukariotların təkamülünü ləngidib. Lakin bu dövrün sonunda eukariotların müxtəlifliyi sürətlə artıb və 635-580 milyon il əvvəl böyük bir bioloji genişlənmə müşahidə edilib.
Böyük məhvolmalar: 580 milyon il əvvəl eukariotların əksəriyyəti məhv olub. Ardınca Ediakar dövründə (551-539 milyon il əvvəl) heyvanların ilk böyük təkamül genişlənməsi baş verib. Lakin bu dövrdə də 2 böyük məhvolma qeydə alınıb.
Ətraf mühitin təsirləri: Araşdırmalar onu göstərib ki, səth temperaturundakı və atmosferdəki oksigen səviyyəsindəki ani dəyişikliklər həyatın təkamülündə mühüm rol oynayıb.

Bu araşdırmanın yalnız keçmiş bioloji böhranları anlamaqla kifayətlənməyərək, Yer kürəsi xaricində həyat axtarışına da yol göstərəcəyi deyilir. Ekstremal iqlim şəraitlərinin həyat üzərindəki təsirləri, gələcək ekoloji dəyişikliklərin insanlıq üçün potensial nəticələrini qiymətləndirmək baxımından mühüm bir model olacaq. Süni intellektin də köməyi ilə əldə edilən nəticələrə əsasən, bu araşdırma həyatın sadədən mürəkkəbə doğru təkamül prosesinin düzxətli olmadığını, əksinə, böhranlarla dolu bir səyahət olduğunu göstərir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap