AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib

23.12.2024 /

Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib.

Təlimin açılış nitqi ilə çıxış edən ETN-nin aparat rəhbəri Mətin Kərimli elm, ali və orta ixtisas təhsil müəssisələrində çalışan əməkdaşlar üçün təlimlərin əhəmiyyəti, eləcə də daxili kommunikasiyanın qurulması və böhran kommunikasiyasının düzgün təşkilinin önəmini vurğulayıb.

EATDA-nın direktoru Ülkər Səttarova elm və təhsil müəssisələrinin media ilə iş və ictimaiyyətlə əlaqələr sahəsində prioritet istiqamətləri barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.

Təlimdə ictimaiyyətlə əlaqələr üzrə ekspertlər Vəli Əlibəyov və Emin Hüseynzadə iştirakçılara daxili kommunikasiyanın təşkili, effektiv mesaj hazırlamaq, əks əlaqənin təşkili, eləcə də hədəf kütləsi üçün təsirli hekayənin hazırlanması mövzusunda məlumat veriblər.

Növbəti sessiyalarda media və kommunikasiya üzrə ekspert Vüqar Zifəroğlu KİV ilə münasibətlər, media üçün kontentin hazırlanması, media vasitəsilə xidməti məlumatların çatdırılması formaları, vizual kommunikasiyalar üzrə ekspert Fərid Rzazadə vizual elementlərin hekayəyə daxil edilməsi, rəqəmsal media üzrə ekspert Şəfəq Mehrəliyeva isə kommunikasiya planın hazırlanması mövzularında təlim keçiblər.

Qeyd edək ki, təlimdə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d., dosent Aygün Əliyeva iştirak edib. 

eatda.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap