
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndəsi ilə görüşüb
24.12.2024 /
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf etmiş dövlətlər departamentinin direktoru Habip Asanla görüşdə iştirak edib.
Görüşdə əqli mülkiyyət sahəsində dövlət siyasəti, ÜƏMT-nin həyata keçirdiyi layihələr, universitetlərin texnoloji transfer mərkəzlərinin fəaliyyəti, alimlərin patentlərinin sayının artırılması, elmi fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və digər mövzularda maraqlı və faydalı müzakirələr aparılıb.


