
2024-cü il ərzində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə 100000-ə yaxın müraciət daxil olub
28.12.2024 /
Müraciətlər əsasən tələbələrin köçürülməsi, xaricdə təhsil, əlavə (təkrar) təhsil, təhsil müəssisəsinə bərpa, tələbə təqaüdü, təhsil haqqı və digər məsələlərlə bağlıdır. Müraciətlər vətəndaş qəbulu və çağrı mərkəzi, sosial media xidməti, eləcə də yazılı və elektron formada qəbul edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq cavablandırılıb.


