AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Texnofest 2025” həyəcanı – müraciətlər davam edir

14.01.2025 /

Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “Texnofest” çərçivəsində təşkil olunan 2025-ci ilin texnologiya müsabiqələrinə müraciətlər başlayıb.

“Azərbaycan müəllimi” www.teknofest.org saytına istinadən bildirir ki, bu il yeni ünvanı İstanbul olan Texnofest 45 milyon TL mükafat və 75 milyon TL-dən çox maddi dəstəklə həyəcanı zirvəyə çatdırır.

2025-ci ildə Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə təşkil edilən Texnofest İstanbulda milyonlarla texnologiya həvəskarını bir araya gətirməyə hazırlaşır. Hər il yenilənən müsabiqə kateqoriyaları ilə tanınan və Türkiyənin ən böyük mükafat qazanan texnologiya yarışlarına ev sahibliyi edən Texnofest ildə 51 əsas və 117 alt kateqoriyadan ibarət olacaq. Texnofest yarışmalarına müraciətlər fevralın 20-dək davam edəcək.

51 fərqli kateqoriyalar üzrə
“Texnofest 2025” Raket yarışması, Model peyk yarışması, Pilotsuz hava vasitələri müsabiqəsi, Hava hücumundan müdafiə sistemləri yarışması, Aerokosmik yarışda süni intellekt, Maneəsiz yaşayış texnologiyaları yarışması və Blokçeyn yarışması da daxil olmaqla 51 fərqli texnologiya yarışmasını təqdim edəcək.

Builki festivalda ilk dəfə Sualtı raket yarışması, Pilotsuz quru vasitələri müsabiqəsi, Beynəlxalq Uşaq Elm Yarışması və Memarlıq və vizual dizayn yarışmaları texnologiya həvəskarlarına yeni imkanlar təqdim edir. Yarışların mərkəzi İstanbulda olacaq. Mərmərə bölgəsinin müxtəlif yerlərində keçiriləcək və texnologiya həvəskarlarına unikal təcrübə təqdim edəcək.

4 milyon arzuya ilham
2018-ci ildən bəri Texnofest bu günə qədər 4 milyona yaxın müraciətə ev sahibliyi edərək, gələcəyi formalaşdıran innovasiyaların və ideyaların mərkəzi olub. “Texnofest 2025”də ibtidai məktəbdən doktoranturaya qədər bütün təhsil səviyyələrindən minlərlə gənc öz arzularını reallığa çevirmək üçün müxtəlif texnologiya yarışmalarına müraciət etmək imkanı əldə edəcək.

Türkiyə Texnologiya Komandası Vəqfi və Türkiyə Cümhuriyyəti Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi, Türkiyənin qabaqcıl texnologiya şirkətləri, ictimai və media qurumları, universitetlərin töhfələri ilə təşkil edilən Texnofest aerokosmik və texnologiya festivalı texnologiya həvəskarları ilə görüşməyə hazırlaşır. 2025-ci ildə İstanbul “İlklərin yeganə festivalı” kimi tanınan və festival ruhunu ölkənin hər yerinə yayan gəncləri bu unikal yarışmaya dəvət edir.

Texnofest həvəskarları www.teknofest.org saytı vasitəsilə festivalda iştirak üçün qeydiyyatdan keçə bilərlər.

 
muallim.edu.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap