AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Bu il 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq

15.01.2025 /

2025-ci ilin yanvar, fevral və avqust aylarında “planetlərin paradı” kimi tanınan nadir astronomik hadisə müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu hadisə zamanı bir neçə planet səmada ardıcıl sıralanır və Yerdən eyni vaxtda görünür.

“Planetlərin paradı” – Günəş sistemindəki bütün və ya bəzi planetlərin Günəşdən bir tərəfdə, kiçik bir sektorda yerləşməsi ilə baş verən astronomik hadisədir. Bu zaman planetlər səmada bir-birinə nisbətən yaxın görünür və hətta bir xətt boyunca düzüldüyü təsiri yaranır. Lakin bunu tam mənası ilə başa düşmək doğru olmaz, çünki Günəş sistemindəki planetlərin hamısı eyni müstəvidə deyil, ekliptika yaxınlığında fərqli müstəvilərdə, müxtəlif orbitlərdə fırlanır. Buna görə də planetlərin tam bir xətt boyunca düzülməsi mümkün deyil.

Hadisə zamanı Günəşdən bir tərəfdə dörd planet bir sektorda düzülərsə, bu, kiçik parad adlanır. Altı planet düzülərsə, böyük parad, bütün planetlər bir sırada olduqda isə tam parad hesab edilir. Üç planetin bir-birinə yaxınlaşdığı miniparad ildə bir neçə dəfə, dörd planetin yaxınlaşdığı kiçik parad ildə bir dəfə, beş və ya altı planetin iştirak etdiyi böyük parad isə hər 20 ildən bir baş verir. Tam planet paradı isə olduqca nadir hallarda – təxminən 170-180 ildən bir müşahidə olunur.

2025-ci ildə müşahidə olunacaq “planetlərin böyük paradları”:

21 yanvar 2025-ci il: Axşamdan Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

28 fevral 2025-ci il: Axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri Yerdən eyni vaxtda görünəcək. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.

11 avqust 2025-ci il: Səhər saatlarında 6 planeti - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptunu Yerdən eyni vaxtda görmək mümkün olacaq.

“Planetlərin paradı” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir. Bu cür hadisələr astronomiyaya olan marağı artırır və gecə səmasını daha da gözəlləşdirir.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap