AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24.01.2025 /

Bu il aprelin 24-25-də ölkəmiz növbəti kosmik tədbirə – Kosmik Texnologiyalar Konfransına (Space Technology Conference STC-2025) ev sahibliyi edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, tədbir “Azərkosmos”un “Dialogue Events Ltd.” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.

Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqların qurulması üçün unikal bir platformadır.

Bu il tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradacaq. Konfrans kosmos sahəsində 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirəcək. Bakı “STC-2025” konfransına Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan iştirakçılar qatılacaq. Artıq dördüncü dəfə keçiriləcək konfransında kosmik agentliklərin liderləri, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

Konfransda “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi”, “Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu”, “Kosmik sənayedə innovasiya və investisiyalar”, “Kiçikölçülü peyklər”, “Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası”, “Regional çağırışlar üçün peyk texnologiyalarının rolu” kimi aktual mövzulara toxunulacaq.

Qeyd edək ki, konfransdan bir gün əvvəl – aprelin 23-də Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin növbəti toplantısı keçiriləcək.

Tədbir və qeydiyyat haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

azertag.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap