AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

YouTube istifadəçilərə bir neçə saatlıq reklam elanları sərgiləməyə başlayıb

28.01.2025 /

YouTube video izləmə xidmətini istifadəçilərə pulsuz təqdim edir. Lakin bunun qarşılığında istifadəçilərə hər izlənən videoda reklam elanları sərgilənir. Video izləmə zamanı reklam elanlarının sərgilənməməsini istəyən istifadəçilər üçün ödənişli YouTube Premium abunəliyi təklif edilir. Lakin istifadəçilərin əksəriyyəti videolardakı reklam elanları ilə reklam bloklayıcıları vasitəsilə mübarizə aparır. YouTube platformasının sahibi olan Google öz növbəsində reklam bloklayıcılarına qarşı çıxış edir. Məlum olub ki, şirkət bu cür alətlərdən istifadə edən istifadəçilərlə yeni mübarizə yoluna əl atıb.

Belə ki, videoservis reklam bloklayıcılarından istifadə edənlərə video izləmə zamanı olduqca uzun xronometrajlı reklam elanları sərgiləməyə başlayıb. Reklam bloklayıcılarından istifadə edənlər Reddit platformasında şikayət etməyə başlayıblar ki, videoservis onlara aradan qaldırılması mümkün olmayan uzun reklam elanları sərgiləyir. Sərgilənən reklam elanları isə o qədər uzundur ki, istifadəçinin videonu sona kimi izləmək həvəsi aradan qalxır. Məsələn istifadəçilərdən biri qeyd edib ki, YouTube-dakı 49 dəqiqəlik videonu izləmək üçün videoservis ona 52 dəqiqəlik reklam elanını izləməyi təklif edib.
   
Digər bir istifadəçi isə 58 dəqiqəlik reklam elanından şikayətlənib. Google etiraf edib ki, o, məsələnin həll edilməsi yolunda belə radikal üsullardan istifadə etmək məcburiyyətindədir. “Reklam bizim platformamızdakı video müəlliflər üçün həyati əhəmiyyət daşıyan vasitədir. Reklam onlara öz bizneslərini inkişaf etdirməyə imkan verir. Məhz buna görə reklam bloklayıcıları videoservisin xidmət şərtlərini pozur” - deyə şirkət rəsmisi qeyd edib. Şirkət rəsmisi həmçinin əlavə edib ki, ən pis halda videoservis həmin istifadəçilər üçün ümumiyyətlə video izləmə imkanını deaktiv etmək hüququna sahibdir.
 technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap