AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

19.5 işıq ili uzaqlığında Yer kürəsinə bənzər yeni planet kəşf edilib

31.01.2025 /
Bu günə qədər astronomlar Süd Yolu qalaktikamızda müxtəlif ölçü və tərkibə malik 7000-dən çox planet kəşf ediblər. Bu dünyaların bəziləri Yerə bənzər ölçüyə və qayalıq quruluşa malikdir ki, bu da onları Yer tipli planetlər kateqoriyasına daxil edir. Belə planetlər alimlər üçün xüsusilə maraqlıdır, çünki onlarda potensial bioloji həyat növünün mövcudluğu ehtimalı var. Technote.az Phys.org saytına istinadən xəbər verir ki, alimlər Yer kürəsinə nisbətən yaxın olan və potensial olaraq həyat üçün münbit şəraitə sahib olan yeni planeti kəşf ediblər. Hesab edilir ki, bizim bildiyimiz formada həyatın mövcudluğu üçün bu və ya digər planet qayalıq quruluşa sahib olmalı və öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr etməlidir.
     
Su öz növbəsində bioloji həyat növünün formalaşması üçün lazım olan vacib komponentdir. Alimlər Yer kürəsindən 19.5 işıq ili uzaqlığında Günəşə bənzər ulduz ətrafında dövr edən qayalıq quruluşa sahib yeni planeti kəşf ediblər. Kosmik miqyasda bu olduqca yaxın məsafədir. Kəşf edilmiş planet HD 20794 d adlanır. O, ölçü baxımından Yer kürəsindən bir qədər böyükdür. Buna görə də sözügedən planet Super Yer sinifinə daxildir. Bununla yanaşı kəşf edilmiş planetin yerləşdiyi ulduz sistemində daha 2 planet mövcuddur. Lakin onlar barəsində hələ ətraflı məlumat yoxdur. HD 20794 d adlı planet öz ulduzu ətrafında yaşayış zonası üzrə dövr edir.
 
Qeyd etmək lazımdır ki, bizim Günəşdə yaşayış zonası ondan 0.7 AV (Astronomik Vahid) məsafədə başlayır və 1.5 AV məsafədə bitir. 1 AV isə öz növbəsində 150 milyon km-ə bərabərdir. Beləliklə Günəş sistemində yaşayış zonası üzrə təkcə Yer kürəsi deyil həmçinin Mars da dövr edir. Alimlər təyin ediblər ki, HD 20794 d planeti öz ulduzu ətrafında tam dövrü 647 günə reallaşdırır. Bu isə Marsın Günəş ətrafında reallaşdırdığı tam dövr müddətindən 40 gün çoxdur. Bununla yanaşı məlum olub ki, kəşf edilmiş yeni planetin orbiti dairəvi deyil, elliptik formadadır.
   
Buna görə də o öz orbitinin ən uzaq nöqtəsində ulduzundan 2 AV məsafədə, ən yaxın nöqtəsində isə ulduzundan 0.75 AV məsafədə olur. Müqayisə üçün qeyd etmək lazımdır Yer kürəsi Günəşdən 1 AV məsafədə yerləşir. Astronomlar hesab edirlər ki, əgər HD 20794 d-nin səthində su mövcuddursa, onun öz ulduzuna yaxınlaşması zamanı su maye formasına keçid edə bilər. Bu isə öz növbəsində potensial bioloji həyat növünün formalaşması üçün çox vacibdir. Bu planetin Yer kürəsinə yaxın olması onun atmosferinin detallı şəkildə analiz edilməsi imkanını verir. Məhz atmosferin detallı analizindən sonra müəyyən yekun nəticələri ortaya qoymaq mümkün olacaq.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap