AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb

04.02.2025 /

Microsoft şirkəti Advanced Planning Unit (APU) adlı yeni şöbəsinin yaradıldığını elan edib. Bu şöbə Microsoft AI şöbəsinin tərkib hissəsi olacaq və şirkətə süni zəkanın sosial, tibbi və əmək bazarına təsirlərini anlamaqda kömək edəcək. Microsoft nəticə etibarilə inkişaf etdirməyi planlaşdırdığı süni zəkanın təsirlərini öyrənməyi hədəfləyir. Süni zəka sahəsinin inkişafı Microsoft üçün əsas böyümə strategiyasına çevrilib, lakin bu yanaşma bəzi səhmdarları narahat edir. Keçən həftə Microsoft elan etdi ki, 2024-cü ilin dördüncü rübündə onun xərcləri 22.6 milyard dollar təşkil edib ki, bu da yeni rekorddur.

Microsoft-un CEO-su Satya Nadella, bu xərclərin şirkətin süni zəka və bulud məhsullarına olan tələbatı ödəmək zərurətindən irəli gəldiyini bildirib. "Süni zəka getdikcə daha effektiv və əlçatan olduqca, ona olan tələbat həndəsi sürətlə artacaq" – deyə Nadella 2024-cü ilin dördüncü rübünün yekunlarına dair çıxışında qeyd edib. Yeni yaradılmış APU şöbəsi Microsoft AI rəhbəri Mustafa Sueyman-a tabe olacaq. APU əməkdaşlarının əsas vəzifələrindən biri "aparıcı tədqiqatların" nəticələrini birləşdirərək gələcək süni zəkanın mümkün təsir ssenarilərini öyrənmək və formalaşdırmaqdır.
     
Şöbənin vəzifələrinə süni zəka məhsulları üçün tövsiyələrin hazırlanması, onların istifadəyə verilməsinin mümkün nəticələrinin proqnozlaşdırılması, eləcə də süni zəkanın təsirini daha yaxşı anlamaq üçün tədbirlər proqramı, elmi nəşrlər və digər hesabatların tərtib edilməsi daxildir. APU-nun bəzi üzvləri məhsul menecerləri və Microsoft rəhbərliyinin iştirakı ilə brifinqlərin keçirilməsinə cavabdeh olacaq, digərləri isə konfransların təşkilinə və kommunikasiya üçün sənədlərin hazırlanmasına məsul olacaqlar. Bütün əməkdaşlar Microsoft AI şöbəsinin Silikon Vadisi və Londondakı ofislərində çalışacaqlar. Mustafa Suleyman yaxınlarda X sosial şəbəkəsində APU-ya iqtisadçılar, psixoloqlar - "və yalnız onlar deyil" - lazım olduğunu qeyd edib.
technote.az
Tweet
ANNOUNCE
  • 17.02.2026
    16th International Conference on Integrated Strategic Management, Portfolio, Program, and Project Management to be held
  • 18.12.2025
    Regular meeting of the Science Council will be held
  • 09.12.2025
    A scientific seminar of the Institute of Control Systems will be held
  • 05.12.2025
    The 4th Eurasian Conference on Human-Computer Interaction (HCI-E2025) to be held
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap