AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

İnsan beynində mikroplastik hissəciklərin miqdarı son illərdə 50% artıb

07.02.2025 /

ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər. Bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər. Tədqiqatçılar mikroplastikin əsas mənbəyinin ət məhsulları ola biləcəyini düşünürlər. Hazırda dünyada plastik materialların istehsalı fasiləsiz şəkildə davam edir və yerli səviyyədə plastik torbaların və qablaşdırmaların qadağan edilməsi qlobal problemi həll etməyə kifayət etmir. Hazırda illik plastik material istehsalı 300 milyon tondan çoxdur, və təxminən 2.5 milyon ton plastik tullantı dünyanın okean sularında üzür.

Alimlər anlayırlar ki, mikro və nano-plastiklərin ətraf mühitdəki konsentrasiyası yalnız artacaq. Buna görə onlar bu hissəciklərin insan orqanizminə təsirini mütəmadi olaraq araşdırırlar. Yeni bir araşdırmada Nyu-Meksiko Universitetinin alimləri son 8 il ərzində insan beynindəki mikoplastik hissəciklərin miqdarının 50% artdığını müəyyən ediblər. Bu nəticəyə gəlmək üçün tədqiqatçılar lobus korteksindən (alın payı) götürülmüş 52 beyin nümunəsini analiz ediblər. Bu beyin bölgəsi qərar qəbuletmə, düşünmə, hərəkət və digər həyati funksiyalardan cavabdehdir. Araşdırma nəticəsində beyindəki mikoplastik hissəciklərin konsentrasiyasının qaraciyər və böyrəklərlə müqayisədə daha yüksək olduğu aşkar edilib.
 
 
Tədqiqat mikroskopik vizuallaşdırma və molekulyar analizlər vasitəsilə aparılıb, bunun sayəsində kimyəvi tərkib dəqiq müəyyən edilib. Ümumilikdə beyində 12 müxtəlif polimer, o cümlədən polietilen aşkar edilib. Tədqiqatın müəllifi Matthew Campen hesab edir ki, mikroplastikin əsas hissəsi insan orqanizminə qida, xüsusilə ət vasitəsilə daxil olur. "Ticarət məqsədilə ət istehsalı adətən plastik hissəciklərinin qida zəncirində cəmlənməsinə səbəb olur" - deyə Matthew bildirib. Araşdırma zamanı mağazalardan alınan ət məhsullarında yüksək miqdarda plastik aşkar edilib. Alimlər mikroplastikin orqanizmə uzunmüddətli təsirlərini öyrənməyə yeni başlayıblar. Məsələn, bir tədqiqat nəticəsində damar sistemində mikroplastikin olması insult, infarkt və ümumi ölüm riskini 5 dəfə artırdığı müəyyən edilib.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap