AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Youtube videoların süni zəka əsaslı dublyaj funksiyasını bu ay istifadəyə verəcək

13.02.2025 /
Bu gün YouTube-un baş direktoru Neal Mohan süni zəkanı 2025-ci il üçün şirkətin dörd əsas strateji istiqamətindən biri adlandırıb. O, süni zəkaya yatırılan investisiyaların məzmun yaradıcıları üçün yeni alətlərə yönəldiyini vurğulayıb. Bu alətlər aşağıdakılar üçün istifadə ediləcək:
- İdeyaların yaradılması
- Video üçün başlıq fotosunun (thumbnail) hazırlanması
- Sinxron tərcümə və avtomatik dublyaj.
     
YouTube-un süni zəka dəstəkli avtomatik dublyaj funksiyası artıq bu ay kontent yaradıcıları üçün əlçatan olacaq. Bundan əlavə, süni zəka istifadəçilərin yaşını müəyyən edərək onlara uyğun kontent təklif edəcək. Maraqlı məqam odur ki, süni zəka eyni zamanda YouTube blogerlərini süni zəkanın təsirlərindən qorumaq üçün də istifadə ediləcək. Mohan bildirib ki, bu ay YouTube-un partnyor proqramında iştirak edən bütün kontent yaradıcıları üçün avtomatik dublyaj funksiyası istifadəyə veriləcək. Bu yeni funksiya videonun bir neçə dilə sinxron tərcüməsini asanlaşdıracaq və kontent yaradıcılarının qlobal auditoriyaya çıxışlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
 
YouTube süni zəkanı yalnız kontent yaratmaq üçün deyil, həm də süni zəkanın istifadəsinə nəzarət etmək üçün tətbiq edəcək. Bu çərçivədə Creative Artists Agency (CAA) ilə əməkdaşlıq proqramı əhəmiyyətli dərəcədə genişləndiriləcək. Bu proqramın məqsədi rəssamlar, aktyorlar, musiqiçilər və idmançılar da daxil olmaqla, yaradıcı peşə sahiblərini, onların görünüş və səslərinin süni zəka vasitəsilə icazəsiz şəkildə surətinin çıxarılmasından qorumaqdır. CAA, YouTube-un mövcud Content ID sisteminin imkanlarını genişləndirəcək, beləliklə süni zəka vasitəsilə yaradılmış saxta obrazları və səsləri müəyyən edə biləcək. Neal Mohan əlavə edib ki, bu il YouTube, süni zəkanın machine learning texnologiyalarından istifadə edərək istifadəçilərin yaşını qiymətləndirməyə başlayacaq.
Bu, istifadəçilərə onların yaşına uyğun konten tövsiyə etməyə imkan verəcək. Lakin o bu yeni texnologiyanın yaşı necə müəyyən edəcəyini açıqlamayıb və süni zəkanın mümkün səhvləri barədə suala toxunmayıb. Son 1 il ərzində YouTube bir sıra süni zəka funksiyalarını istifadəyə verib. Bu texnologiyalar şəkillərin yaradılması, videolar üçün fonların hazırlanması və qısa videolar üçün səs effektlərinin generasiyasını əhatə edir. Lakin süni zəkanın birbaşa video yaradılma prosesinə daxil edilməsi mübahisələrə səbəb olub. Bu prosesin əleyhdarları hesab edirlər ki, süni zəkanın yaratdığı keyfiyyətsiz kontent YouTube platformasını bürüyəcək və orijinal müəllif işlərini sıxışdıracaq.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap