AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Qadınlar üçün kosmos” mentorluq proqramına qeydiyyat başlayıb

14.02.2025 /

“Azərkosmos” ikinci dəfədir ki, “Qadınlar üçün kosmos” adlı üçaylıq mentorluq proqramını elan edir.

“Azərbaycan müəllimi” Azərbaycan Kosmik Agentliyinə (“Azərkosmos”) istinadən xəbər verir ki, proqramın məqsədi Azərbaycanda qadınların kosmos sahəsindəki potensialını aşkar etmək, onlara təhsil və karyera yolunda fərdi mentorluq dəstəyi göstərmək, həmçinin onların bu sahədə qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdir.

Dünyada kosmik sahədə çalışan qadınların sayı hər il artır. Hazırda qadınların kosmik sənayedəki payı 20 faiz təşkil edir, lakin bu, təkcə başlanğıcdır. Qadınların kosmik sektorda daha geniş təmsil olunmasını təşviq etmək üçün bir çox təşkilat və şirkətlər müxtəlif təşəbbüslər və proqramlar həyata keçirir. NASA, ESA (Avropa Kosmik Agentliyi), SpaceX və digər böyük kosmik təşkilatlarda qadınlar mühəndislik, tədqiqat, rəhbərlik və digər vacib mövqelərdə fəaliyyət göstərirlər.

“Azərkosmos” tərəfindən keçiriləcək üçaylıq Mentorluq proqramı aprel-iyun aylarını əhatə edəcək və iştirakçılara beynəlxalq kosmik sahənin tanınmış mütəxəssisləri ilə bilik mübadiləsi aparmaq imkanı təqdim edəcək. Proqrama 18-35 yaş arası qadınlar qoşula bilər. Müraciətlər martın 11-dək qəbul olunur. Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz. 

Qeyd edək ki, proqramın elan olunması BMT-nin Kosmos Məsələləri üzrə İdarəsi (UNOOSA) tərəfindən “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün 10-cu ildönümü münasibətilə keçirilən tədbirə təsadüf edir.

Proqrama müraciət edənlər arasında keçiriləcək ilkin seçimlər nəticəsində 10 iştirakçı tanınmış beynəlxalq mentorlarla birbaşa əlaqə quracaq və aylıq görüşlərdə iştirak edəcəklər. Həmçinin bu mentorluq sessiyaları kosmik sənayenin müxtəlif sahələrindən olan ekspertlərin aylıq seminarları ilə zənginləşdiriləcək.

muallim.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap