AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Bakı Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin finalına ev sahibliyi edəcək

14.02.2025 /

Bakı “Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin” dünya finalına ev sahibliyi edəcək.

Bu barədə “Azərbaycan müəllimi”nə ADA Universitetindən məlumat verilib.

ADA Universiteti və "ICPC Foundation" arasındakı müzakirələrin nəticəsində universitetin ev sahibliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı ilə “Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi”nin (“ICPC”) 49-cu dünya finalının Bakıda keçirilməsi barədə razılıq əldə edilib.

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə 31 avqust - 5 sentyabr tarixlərində  “ICPC Azərbaycan” icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

“ICPC” dünya finalı Azərbaycanın rəqəmsallaşma və innovasiya sahəsində qlobal nüfuzunun artırılmasına, beləliklə, beynəlxalq səviyyədə rəqəmsal transformasiyanın aparıcı qüvvələrindən birinə çevrilməsinə imkan yaradacaq.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edəcək. Ümumilikdə, “ICPC”nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən 3500-yə yaxın universiteti təmsil edən 70 000-dən artıq ən güclü tələbə-proqramçı iştirak edir. Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandaların (hər komandada 3 tələbə) iştirakı nəzərdə tutulur.

Azərbaycan universitetlərini təmsil edən komandalar 2005-ci ildən etibarən “ICPC”nin regional turlarında iştirak edərək müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüblər. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilmiş “ICPC” finalında uğurla çıxış edib.

Qeyd edək ki, “ICPC” 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.
 muallim.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap