AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi

17.02.2025 /

Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında strateji əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.

Sazişə əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm istiqamətlərində seçilmiş SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTP ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.

Tədbirin açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” ölkə başçısının Sərəncamına əsasən SABAH proqramının əhatə dairəsinin mərhələlərlə genişləndirilməsi barədə aparılan işlər barədə ətraflı məlumat verib və YTP ilə bu istiqamətdə “SABAH.city” innovasiya şəhərciyi çərçivəsində baş tutacaq əməkdaşlığın biznes mühiti ilə elm və ali təhsil arasındakı əlaqələrə yeni yanaşma gətirəcəyini qeyd edib.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov rəhbərlik etdikləri universitetlərdə SABAH proqramları çərçivəsində görülən işlər haqqında çıxış edərək ali təhsilin keyfiyyətini yüksəltmək üçün yeni yanaşmaların tətbiqinin zəruriliyini qeyd ediblər. Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov “SABAH.city” innovasiya şəhərciyi və ali təhsil müəssisələri arasında əməkdaşlıq barədə təqdimat edərək bildirib ki, bu layihə çərçivəsində müasir standartlara cavab verən infrastruktur, yenilənmiş kurikulum, innovativ tələbə qiymətləndirmə sistemi və yüksək ixtisaslı professor-müəllim heyəti ilə təhsilin keyfiyyəti daha da yüksəldiləcək.

Qeyd edək ki, bakalavr və magistr tələbələrini əhatə edən bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərinin tətbiqini hədəfləyir.

eatda.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap