AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Windows 11 üçün məlumatların köhnə kompüterdən yenisinə köçürülməsi tətbiqi hazırlanır

20.02.2025 /
Microsoft şirkəti Migration App adlı yeni tətbiq üzərində çalışır. Bu alət köhnə kompüterdən yenisinə məlumatları asanlıqla köçürməyə imkan verəcək. İndiyə qədər Windows 11-də daxili köçürmə aləti olmadığı üçün istifadəçilər üçüncü tərəf proqramlarından istifadə etməyə məcbur idilər. Görünən odur ki, Microsoft bu boşluğu aradan qaldırmağa qərar verib. Windows 11 Insider Build 22635.4945 test versiyasında aşkar edilmiş məlumatlara əsasən, şirkət öz daxili fayl köçürmə proqramını hazırlayır. Bu yeni vasitənin əsas üstünlükləri:
- İstifadəçilərin üçüncü tərəf alətlərdən asılılığını azaltmaq
- Məlumatların yeni kompüterə daha rahat və sürətli köçürülməsini təmin etmək.
Məlumata görə, bu funksiyanın ilk izləri etibarlı Windows insayderləri tərəfindən aşkarlanıb. Yeni tətbiqin interfeysi ilə bağlı bəzi mümkün detallar bölüşülüb. Lakin mənbənin qeyd etdiyinə görə, bu görüntülər dekompilyator vasitəsilə yaradılıb və son dizaynı tam əks etdirməyə bilər - onlar sadəcə ilkin konsepsiyanı göstərir. Migration App-in əsas funksiyaları:
- İstifadəçilər məlumatlarını OneDrive bulud yaddaşında ehtiyat variant kimi saxlaya biləcəklər
- Fayllar yeni kompüterə rahatlıqla köçürüləcək
- Köçürmə prosesi Wi-Fi və Nearby Sharing texnologiyalarından istifadə edəcək.
Nearby Sharing funksiyası işləməsi üçün cihazların bir-birinə yaxın olması tələb olunur. Qoşulma üçün eyni şəbəkəyə bağlantı və birdəfəlik şifrə daxil etmək lazım olacaq. Əgər əlaqə kəsilərsə, cihazlar yenidən qoşularaq ötürməni davam etdirə biləcək. Hazırda Microsoft bu yeni tətbiqin buraxılış tarixini açıqlamayıb və rəsmi olaraq onun mövcudluğunu da təsdiqləməyib. Bununla belə, gözlənilir ki, rəsmi çıxışdan əvvəl Migration App Windows Insider proqramı iştirakçıları üçün əlçatan olacaq və daha sonra bütün istifadəçilərə təqdim ediləcək. Bu yenilik cihaz dəyişmə prosesini daha rahat və təhlükəsiz edəcək.
technote.az
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap