AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

"Nizami ili" haqqında Sərəncam elm adamlarını səfərbər edir

06.01.2021 / Conferences, assemblies

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.

Bu fikirləri AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, 2019-cu ilin “Nəsimi ili” adlandırılması bu görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına şərait yaradıb.

Akademik hesab edir ki, Azərbayanda və dünyada kifayət qədər tanınan və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə yenidən tanıtmağa ehtiyac vardır. “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr”, yaxud “Nizami Gəncəvi və Azərbaycan renesansı” və sair kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi bizim günlərdə daha çox aktuallıq kəsb edir. Möhtərəm Prezidentimizin “Nizami ili” haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

İ.Həbibbəylinin fikrincə, Prezident İlham Əliyevin “Nizami ili” ilə əlaqədar imzaladığı Sərəncam vaxtilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır. Bu baxımdan Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, haqqında xarici dillərdə tanıtma kitablarını yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur: "Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölmələrini əhatə edən elmi tədqiqat institutları ölkə Prezidentinin Sərəncamı əsasında müasir dövrün yüksək tələblərinə cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi özlərinə şərəfli borc hesab edirlər. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Nizamişünaslıq şöbəsinin əməkdaşları son üç il ərzində üzərində çalışdıqları, ilk mənbələr əsasında yazılmaqda olan “Nizami Gəncəvinin həyatı və yaradıcılığı” mövzusunda monoqrafiyanı tamamlayıb ictimaiyyətə təqdim edəcəkdir. Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsi nəzərdə tutulur. Ədəbiyyat İnstitutunun əməkdaşları “Nizami Gəncəvinin görkəmli davamçısı Əmir Xosrov Dəhləvi” adlı monoqrafiya üzərində də tədqiqat işlərini davam etdirirlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında imzalanmış Sərəncam yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk prinsiplərini daha da geniş şəkildə təbliğ etmək üçün də qarşımızda yeni perspektivlər açır. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami ili” elan olunması haqqında Sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır".

mənbə: science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap