AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik gəmini saatda 1.8 milyon km sürətə çatdıra biləcək termonüvə mühərrik hazırlanıb

16.01.2022 /

ABŞ-ın Prinston Plazma Fizika Laboratoriyasının alimi Fatima İbrahimi kosmik gəmilər üçün nəzərdə tutulmuş termonüvə mühərrikini hazırlayıb. Bu cür mühərrik vasitəsilə çalışan kosmik gəmi Mars ilə Yer kürəsi arasındakı 55 milyon km məsafəni 2 günə qətt edə bilər. Fatima İbrahimi tərəfindən hazırlanmış mühərrik kosmik gəmini saatda 1.8 milyon km sürətə (saniyədə 500 km sürət) çatdıra bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Voyager-1 kosmik aparatı saatda 62.000 km (saniyədə 17 km) sürətlə, Günəşdəki proseslərin araşdırılması üçün nəzərdə tutulmuş Parker Solar Probe adlı aparat isə saatda 700.000 km (saniyədə 194 km) sürətlə hərəkət edir.

Fatima İbrahimi:
Lakin Parker Solar Probe aparatı bu cür yüksək sürəti termonüvə mühərriki hesabına yox, qravitasiya manevrləri hesabına yığır. Fatima İbrahimi tərəfindən hazırlanmış termonüvə mühərriki məhz termonüvə reaktoru prinsipi üzrə çalışır. Məhz termonüvə reaktorunun yaradılması üçün nəzərdə tutulmuş layihədə iştirak öz növbəsində alimi kosmik mühərriki hazırlamağa ilhamlandırıb. Məlumata əsasən mühərrikdə reaktiv itələmə qüvvəsini plazma və plazmoidlər (maqnit sahəsi daxilində mümkün qədər sabit halda tutula bilən plazma sahəsi) yaradırlar.

Bu cür obyektlər təkcə termonüvə reaktorlarında deyil, həmçinin Günəş atmosferində də əmələ gəlirlər. Lakin Günəş atmosferində həmin obyektlər daxildə yerləşirlər. İbrahimi tərəfindən hazırlanmış mühərrikdə isə bu obyektlər yüksək sürətlə xarici istiqamətə uçurlar. Edilmiş hesablamalar əsasında məlum olub ki, plazma və plazmoidlərin çıxış sürətlərini saniyədə 20 km-dən 500 km-ə qədər olan sərhədlərdə dəyişmək mümkündür. Bir qayda olaraq maqnit sahəsinin gərginliyini dəyişərək kosmik gəminin itələmə qüvvəsini də nizamlamaq olar.

 

technote.az

 

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта