AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib

06.02.2025 /

Astronomlar LEDA 1313424 adlı yeni qalaktikanı kəşf ediblər. Bu qalaktika indiyə qədər müşahidə olunanlardan tamamilə fərqlənir. Onun mərkəzindən suya atılmış daşın yaratdığı dalğalar kimi doqquz ədəd halqa-spiral qolu yayılır, halbuki əksər qalaktikalarda bu cür strukturlar adətən iki və ya üç olur. Öz qeyri-adi görünüşünə görə qalaktika Bullseye ("Hədəf mərkəzi") ləqəbini əldə edib. Bu ləqəb xüsusilə simvolikdir, çünki onun mərkəzinə sanki bir ox kimi başqa bir qalaktika çırpılıb. Sözügedən qalaktika təsadüfən kəşf edilib. Astronomlardan biri işçi şəkillərdə qeyri-adi bir obyekt görüb və bu, daha ətraflı araşdırmaya səbəb olub.

Müşahidələr Hubble kosmik teleskopu və Havay adalarındakı Keck adlı yerüstü rəsədxanası vasitəsilə aparılıb. Yerdəki teleskoplarla aparılmış araşdırmalar nəticəsində onuncu bir halqanın izləri də aşkar edilib, lakin ehtimal olunur ki, şəkil çəkilən vaxt bu halqa artıq dağılmaq üzrə idi. LEDA 1313424 qalaktikasındakı hər bir halqa ulduzların, qazın və tozun yüksək konsentrasiyaya malik olduğu bölgələri təmsil edir. Modelə əsasən, təxminən 50 milyon il əvvəl bu qalaktikanın mərkəzindən mavi cırtdan qalaktika keçib. Həmin qalaktikanı bu gün LEDA 1313424-ün mərkəzinin sol tərəfində görmək mümkündür. Bu iki qalaktikanı hələ də çox çətin görünən qaz və toz axını birləşdirir, lakin zamanla bu iz tamamilə yox olacaq.

Hazırda astronomlar toqquşan qalaktikalarla bağlı çoxlu sayda fotoya sahibdirlər. Lakin LEDA 1313424-ün kəşfi ilk dəfə bir qalaktikanın başqa bir qalaktikanın tam mərkəzindən keçdiyini sübut edən tarixi bir hadisədir. Maraqlıdır ki, bütün toqquşan qalaktikaların əvvəllər yaradılmış təkamül modelləri LEDA 1313424-də müşahidə edilən ulduz maddəsinin məhz bu cür paylanacağını proqnozlaşdırmışdılar. LEDA 1313424 qalaktikası Süd Yolu qalaktikasından təxminən 2.5 dəfə böyükdür. Onun diametri 250 000 işıq ili təşkil edir. Qalaktikanın halqalardakı qaz və tozun yüksək konsentrasiyası ulduz yaranma prosesini sürətləndirib, bu da obyektin unikal strukturunu daha da vurğulayıb. Bu cür toqquşmalar kainatda müntəzəm olaraq baş verir, və ehtimal olunur ki, bu kimi qalaktikalar çoxdur.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта