Azərbaycanlı tələbələr üçün DAAD doktorantura və tədqiqat təqaüdləri elan edilib
20 İyul 2022Hörmətli həmkarlar doktorantura və tədqiqat təqaüdlərini diqqətinizə çatdırırıq:
Tədqiqat təqaüdü- İllik təqaüd (Doktorantura namizədləri üçün)
Hədəf: Doktorantlar, təqaüdün başlanma müddətinədək magistratura təhsilini bitirən gənc tədqiqatçılar
Hədəf: Doktorantlar, təqaüdün başlanma müddətinədək magistratura təhsilini bitirən gənc tədqiqatçılar
Qısa təsvir: Alman elmi rəhbərin razılığı ilə Almaniyada ali məktəbdə və ya ali məktəbdənkənar tədqiqat institutlarında tədqiqat layihəsinin maliyyələşdirilməsi
Ödəniş: aylıq 850-1.200 € təqaüd, sığorta xərcləri, səyahət xərcləri, ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
Müddəti: 7-12 aylıq
Müraciət üçün son tarix: 15.11.2022
Müddəti 7 ay və ya daha çox olan təqaüd sahibləri təqaüdlərinə ən tez 01 oktyabr 2023-cü il tarixində başlayacaqlar.
Ətraflı məlumat:
https://www2.daad.de/deutschland/stipendium/datenbank/en/21148-scholarship-database/?detail=57140602
Tədqiqat təqaüdü-Doktorantura (Almaniyada Doktorantura proqramları)
Hədəf: Təqaüdün başlanma müddətinədək magistratura təhsilini bitirən gənc tədqiqatçılar
Qısa təsvir: Almaniyada ali məktəbdə və ya ali məktəbdənkənar tədqiqat institutlarında doktorantura təhsilinin maliyyələşdirilməsi
Ödəniş: aylıq 1.200 € təqaüd, sığorta xərcləri, səyahət xərcləri, ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
Müddəti: maksimum 4 illik
Müraciət üçün son tarix: 15.11.2022
Ətraflı məlumat:
https://www2.daad.de/deutschland/stipendium/datenbank/en/21148-scholarship-database/?detail=57135739
Tədqiqat təqaüdü - Bi-National doktorantura/Cotutelle (İki ölkə tərəfindən nəzarət edilən Doktorantura dərəcələri)
Hədəf: Doktorantlar, təqaüdün başlanma müddətinədək magistratura təhsilini bitirən gənc tədqiqatçılar
Qısa təsvir: Azərbaycanda və Almaniyada elmi rəhbər olmaqla Almaniyada ali məktəbdə və ya ali məktəbdənkənar tədqiqat institutlarında tədqiqatın müəyyən bir hissəsinin maliyyələşdirilməsi
Ödəniş: aylıq 1.200 € təqaüd ,sığorta xərcləri , səyahət xərcləri,əlavə ödəniş
Müddəti: maksimum 2 illik
Müraciət üçün son tarix: 15.11.2022
Ətraflı məlumat:
https://www2.daad.de/deutschland/stipendium/datenbank/en/21148-scholarship-database/?detail=57507783
Məzunlar üçün təqaüd proqramları
Bütün ixtisas sahələri üzrə təhsil almış məzunlar üçün magistratura təqaüdü
Hədəf: Təhsilin sonuncu kursunda oxuyan tələbələr, ali məktəb tələbələri
Qısa təsvir: Almaniyada ali məktəblərdə bütün ixtisaslar üzrə magistratura təhsilinin maliyyələşdirilməsi
Ödəniş: aylıq 850 € təqaüd, sığorta xərcləri, səyahət xərcləri, ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
Müddəti: 10-24 ay
Müraciət üçün son tarix: 28.10.2022
Ətraflı məlumat:
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək -
20.12.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək