
Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi

10.01.12-ci ildə Kibernetika İnstitutunun dissertasiya şurasının elmi seminarı keçirilmışdir. Seminarda AMEA-nın həqiqi üzvü, t.e.d, prof. Ə.M.Abbasovun elmi məsləhəti ilə İsbəndiyar Müseyib oğlu Əliyevin texniki elmlər doktoru elmi adını almaq üçün 05.13.01- Sistemli analiz , idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə yerinə yetirdiyi "Qlobal informasiya şəbəkələrinin sintezi üçün model və metodların işlənməsi və inkişaf etdirilməsi” mövzusunda doktorluq dissertasiya işinin müzakirəsi keçirilmişdir.