
Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans keçiriləcəkdir
22 Dekabr 2022
24-26 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Şərq-Qərb Nəqliyyat Dəhlizində (PLMO) Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans hibrid formada keçiriləcək.
Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Sileziya Texnologiya Universiteti (Polşa), Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetidir.
Tədbirdə Polşa, Rusiya, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Belarus, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.
Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. “Bir kəmər - bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq - Qərb Dəhlizi ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizlərini təkmilləşdirmək və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq - Qərb Nəqliyyat Dəhlizi eyni zamanda, Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.
Konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq - Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir.
Konfransda istifadə olunacaq dillər: azərbaycan, ingilis, və rus.
Qəbul edilmiş məqalələr konfrans materiallarında dərc olunacaqdır.
Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


