
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək
23 Aprel 2024
23-25 aprel 2024-cü il tarixlərində Bakı şəhərində “İnformasiya Texnologiyaları və Onların Tətbiqi” üzrə 2-ci beynəlxalq konfrans (ITTA’2024) keçiriləcək.
Konfrans AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.
Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.
Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:
- Tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər);
- Süni intellekt və onun tətbiqləri;
- Böyük verilənlərin emalı problemləri və üsulları;
- Paralel hesablama;
- Siqnalın işlənməsi problemləri və üsulları;
- Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları;
- İntellektual idarəetmə sistemləri;
- İntellektual informasiya sistemləri;
- Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri;
- Təhsildə informasiya texnologiyalarının tətbiqi.
Konfransın işçi dili: ingilis dili
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://itta.cyber.az
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


