
İxtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 2023-cü ilin dekabr ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcəkdir.
İmtahanlarda iştirak etmək istəyən doktorant və dissertantlar 2023-cü il noyabr ayının 30-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının ərizəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- iddiaçı İSİ-nin doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu;
- dissertasiya işinin mövzusunu tam əhatə edən 20 sual (elmi rəhbərin imzası ilə).
Sənədlər İSİ-nin Təhsil şöbəsinə təqdim olunmalıdır (otaq 312).
Əlaqə nömrəsi: (+994 12) 539 28 26; e-mail: tehsil.isi@gmail.com
İmtahanların keçirilmə tarixi və vaxtı barədə əlavə məlumat veriləcəkdir.
-
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək -
30.11.2023
İxtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək -
24.11.2023
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının nümayəndələri ilə görüş keçiriləcək -
21.11.2023
Dissertasiya işinin müzakirəsi keçiriləcəkdir