
“Riyaziyyatın tətbiqi məsələləri və Yeni İnformasiya Texnologiyaları” mövzusunda III Respublika Elmi konfrans

15 dekabr 2016-cı il tarixində Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr olunan "Riyaziyyatın tətbiqi məsələləri və Yeni İnformasiya Texnologiyaları” mövzusunda III Respublika Elmi konfransı başlamışdır. Konfrans Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilir.
Konfransa 38 müxtəlif elmi qurumdan 180-dan çox məqalə daxil olmuşdur. İdarəetmə Sistemləri İnstitutu 23 məqalə ilə ən çox məqalə göndərən qurumlar siyahısında ikincidir. Siyahıya 32 məqalə ilə Bakı Dövlət Universiteti başçılıq edir.
Konfransda İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları da iştirak və çıxışlar etmişdirlər.
Konfrans iki gün davam edəcək və 16 dekabrda başa çatacaq.